Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

NİZAMNAMƏ

1. ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Demokratik Azərbaycan Dünyası Partiyası vahid, qüdrətli və demokratik Azərbaycan dövləti yaratmağı, insanın hüquq və azadlığına əsaslanan, inkişaf etmiş müasir sivilizasiyalı cəmiyyət qurmağı qarşısına məqsəd qoyanların, bu amal uğrunda mübarizə aparanların siyasi təşkilatdır.

  • Partiya, ölkənin milli və etnik əlamətlərə görə bölünməsinə qarşı çıxır. Azərbaycanın heç bir milli, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, tarixin ən qədimi çağlarından bu diyarda yaşayan Azərbaycan türklərinin, talışların, kürdlərin, tatların, ləzgilərin və başqa xalqlarını  hamısının  vətənidir.
  • Azərbaycan azadlığı, Qafqaz xalqlarının istiqlal mübarizəsindən ayrılmazdır. DADP bu bölgədə SÜLH, BƏRABƏRLİKQARDAŞLIQ prinsiplərinə əsaslanan ÜMUMQAFQAZ EVİ yaradılması uğrunda mübarizə aparanların birliyidir.
  • PARTİYA, zorakılığın hər cür forma və metodlarını pisləyir.

2. PARTİYANIN ADI, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Maddə 2. Təşkilat prinsipləri, məqsəd və məramı, həmçinin Nizamnamə əsasında tənzim olunan partiya – « Demokratik Azərbaycan Dünyası Partiyası » (DADP) adlanır.

  • Partiyanın rəmzləri vardır ;
  • Partiyanın mərkəzi Bakı şəhərindədir ;

Maddə 3. Demokratik Azərbaycan Dünyası Partiyası Azərbaycan Respublikası Konstitusiyasını, insan hüquqları bəyannaməsini rəhbər tutan, siyasi partiyalar haqqında respublika qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları çərçivəsində fəaliyyət göstərən milli, dini, irqi, etnik və sosial ayrı-seçkiliyin hər cür forma və metodlarını rədd edən demokratik partiyadır.

  • Partiya xalqın birliyi və dövlətin bütövlüyünün qorunmasını ən mühüm məqsədlərindən biri sayır.
  • DADP-nin son məqsədi və əsas vəzifəsi, insanın hüquq və azadlığını, sosial ədalətin bərqərar olduğu vahid, qüdrətli demokratik Azərbaycan dövləti yaratmaqdan ibarətdir.                    
  • Partiyanın ideoloji xətti, azərbaycanlılıq məfkurəsini, Türk-İslam mənəvi dəyərlərinə və ümumbəşəri sərvətlərə əsaslanır.
  • Azərbaycanın Qüdrəti yurd içindən başlayır. DADP XALQIN BİRLİYİNİ DÖVLƏTİN BÜTÖVLÜYÜNÜ üstün tutanların birliyidir, YURDDA SÜLH, AZƏRBAYCANDA VƏTƏNDAŞ RAZILIĞI – partiyanın daxili siyasətinin təməl daşıdır! VƏTƏN BÖLÜNMƏZDİR!
  • YURDDA SÜLH, ÜMUMQAFQAZ EVİ VƏ TÜRK-İSLAM DÜNYASINDA SÜLH, DÜNYADA SÜLH- Demokratik  Azərbaycan Dünyası Partiyasının ali məramıdır.

3. PARTİYANIN STRUKTURU

 Maddə 4. Partiya daxili fəaliyyət prinsipləri:

  1. Partiyanın bütün rəhbər orqanları seçkilidir, namizədlər alternativ əsasda gizli ya açıq səsvermə yolu ilə seçilir ;
  2. Azlıq çoxluğa tabedir ;

Maddə 5. Partiyanın özülü ilk təşkilat  – özəkdir. Özək ərazi-yaşayış yerlərində üzvlərin sayı 3 nəfərdən az olmadıqda yaradılır. İlk partiya özəkləri DADP-nin siyasi xəttini xalq arasında yayır və həyata keçirir.

Maddə 6. İlk təşkilatın- özək üzvlərinin ümumi yığıncağı ayda bir dəfə keçirilir. Yığıncaq üzvlərin və nümayəndələrin üçdə iki hissəsi iştirak etdikdə, səlahiyətli sayılır. Partiya üzvlərinin üçdə bir hissəsinin tələbi ilə fövqəladə yığıncaqlar da keçirilə bilər.

Maddə 7. Özəklər ( ilk təşkilatlar) gizli və ya açıq səs vermə yolu ilə  İdarə heyətini  ( icra orqanını) seçir. İdarə heyətinin tərkibi ilk təşkilat üzvlərinin ümumi sayı əsasında müəyyən edilir:

  1. 50 – yə qədər üzv olduqda, sədr və müavin ;
  2. 50 – 200 üzv olduqda, 5 nəfərdən ibarət İdarə heyətini, sədr və müavin ;
  3. 200 – dən çox olduqda, 7-9 nəfərdən ibarət İdarə heyəti seçilir. İdarə heyəti bir il müddətinə ilk təşkilatın sədrini və müavinini seçir .

Maddə 8. İlk partiya təşkilatları (özəkləri) ərazi-yaşayış təşkilatlarında birləşir: özəklər bölgə (rayon) təşkilatlarında bölgə təşkilatları, şəhər təşkilatlarında bölgə və şəhər təşkilatları, vahid Demokratik Azərbaycan Dünyası Partiyasında birləşir. DADP-nin aşağıdakı bölmələri yaradılır:

  • təşkilat
  • daxili siyasət
  • xarici siyasət
  • informasiya
  • maliyyə-təsərrüfat

Bölmələr daxilində müvafiq şöbələr yaradır.

Maddə 9. Ərazi yaşayış təşkilatlarının ümumi yığıncaqları partiya üzvlərinin sayından asılı olaraq çağırılır.

Maddə 10. Ərazi-yaşayış (rayon şəhər) təşkilatlarının ali orqanı 2 və 3 ildən bir keçirilən konfransdır. Konfrans təşkilatın Siyasi Şurasını seçir. Siyasi Şura isə rayon təşkilatlarının sədrini seçir. Təşkilat sədrinin  təqdimatı ilə sədrin müavinləri Siyasi Şura tərəfindən təsdiq edilir. DADP rayon təşkilatının sədri eyni zamanda Siyasi Şuraya rəhbərlik edir. Yalnız konfransa tabe olan nəzarərt-təftiş komissiyasını seçir və onun səlahiyyətlərini müəyyən edir.

Maddə 11. Nəzarət-təftiş kommissiyasının səlahiyyəti:

  1. Partiya həyatının bütün sahələrində DADP-nin Məramnamə və Nizamnaməsindən irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət məqsədi ilə yoxlama aparır ;
  2. Lazım gəldikdə ilk partiya təşkilatının fəaliyyətini dayandırmaq və partiya qərarlarının pozulmasına  yol verən üzvlərinə, cəza verilməsi barədə məsələ qaldırılır .

3.1. PARTİYANIN ALİ ORQANI

Maddə 12. DADP-nin fəaliyyətində demokratik intizam hökmranlıq edir. Partiya ali orqanları bütün üzvlər  üçün qanun qüvvəsinə malikdir.

Maddə 13. DADP-nin ali orqanı, beş ildən bir çağırılan qurultaydır. Qurultay, İdarə heyətinin qərarı əsasında çağırılır. Qurultayın keçirilməsi  vaxtı, nümayəndəlik normaları və s. haqqında  təlimatı, İdarə heyəti qurultayın başlanmasına üç ay qalmış ərazi-yaşayış (rayon şəhər) təşkilatlarına çatdırır. Növbədən kənar qurultay, idarə heyəti üzvlərinin üçdə ikisinin yaxud DADP üzvlərinin üçdə birini birləşdirən ilk partiya təşkilatlarının tələbi ilə bir rüb ərzində çağrılır və DADP üzvlərinin yarıdan çoxu təmsil edildikdə, səlahiyyətli sayılır. İH növbədənkənar qurultay çağırmaq üçün xüsusi təşkilat komitəsi yaradır. Qurultaya nümayəndələr ərazi yaşayış (rayon və şəhər) təşkilatlarının konfransında seçilir.

Maddə 14. QURULTAY

  1. Partiyanı təsis edir, onun fəaliyyətini dayandırır, yaxud onu buraxır;
  2. Partiyanın Məramnamə və Nizamnaməsini qəbul edir, onlara dəyişikliklər və əlavələr edir;
  3. Partiyanın siyasi fəaliyyətinin əsas xəttini müəyyən edir;
  4. Partiyanın sədrini seçir ;
  5. Siyasi Şuranı seçir ;
  6. DADP-nin Mərkəzi nəzarət-təftiş komissiyasını seçir;
  7. Nəzarət-təftiş komissiyası, sədrin hesabatını dinləyib müvafiq qərar qəbul edir .

3.2 PARTİYANIN QURULTAYLARARASI FƏALİYYƏTİ

Maddə 15. Qurultaylararası dövrdə partiyanın fəaliyyətinə İdarə heyəti rəhbərlik edir. İdarə heyəti qurultayın səlahiyyətinə daxil olmayan bütün məsələləri müzakirə və həll edir.

 Maddə 16. İdarə heyətinin qərarı ilə 6 ayda bir dəfədən az olmayaraq, Siyasi Şura toplanır. Siyasi Şura, bütün bölgə partiya təşkilatlarını təmsil edir.

Maddə 17. SİYASİ ŞURA:

  1. Partiyanın ərazi-yaşayış təşkilatları əsasında yaradılır ;
  2. Siyasi Şura ildə iki dəfədən az olmayaraq toplanır ;
  3. SŞ-nın növbədənkənar iclasları, idarə heyətinin və ya sədrin təşəbbüsü ilə çağrılır ;
  4. Sədrin təklifi ilə Siyasi Şuranın yığıncaqları arasında fəaliyyət göstərən idarə heyətinin  tərkibini seçir ;
  5. Siyasi Şura üzvlüyündən gedənlərin yerinə, üzv namizədlərindən keçirilməsinə qərar verir .

 Maddə 18. İDARƏ HEYƏTİ:

  1. DADP sədrinin müavinlərini, Mərkəzi İcra komitəsinin tərkibini və icraçı katibini təsdiq edir ;
  2. Respublikanın seçkili orqanlarına namizədlər verir. Partiya adından iqtisadi, siyasi və mədəni yüksəlişə təkan verən müraciətlər və bəyanatlarla çıxış edir, dünya ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələr yaradır və s. ;
  3. DADP-nin bölmə, şöbə, və komissiyalarının məlumatını dinləyib müzakirə edir ;
  4. Redaksiya komissiyasını və qəzetinin baş redaktorunu təsdiq edir;
  5. Partiyanın aşağı təşkilatlarından izahat, arayış və məlumat tələb edir ;
  6. Partiyanın maliyyə məsələlərini işləyib hazırlayır ;
  7. Öz iclaslarını qabaqcadan təsdiq olunmuş reqlament üzrə qurur .

 Maddə 19. Mərkəzi  Nəzarət-Təftiş komissiyası:

  1. Ancaq DADP-nin qurultayına tabedir və DADP  nizamnaməsinə uyğun olaraq, partiyanın bütün orqanlarının və üzvlərinin fəaliyyətinə nəzarət edir ;
  2. DADP, üzvlərinin partiya hüquqlarının pozulmasına yol vermir. Bu barədə şikayət olarsa, yoxlayıb təcili qərar çıxarır ;
  3. Partiyanın maliyyə işini nəzarətdə saxlayır, bütün orqanların fəaliyyətini yoxlayır ;
  4. Nəzarət Təftiş Komissiyası partiya üzvünün ciddi Nizamnamə pozuntusuna yol verdiyini sübut etdiyi hallarda, İH qarşısında məsələ qaldırılır. İH üzvlərinin üçdə ikisinin iştirakı ilə iclas keçirir və seçkili orqanların, ayrı-ayrı vəzifəli şəxslərin fəaliyyətini dayandırır.

Maddə 20.  Mərkəzi Nəzarət-Təftiş komissiyasının tərkibi, qurultay tərəfindən 5 il müddətinə,      5-7 nəfərdən ibarət seçilir. Nəzarət komissiyası öz tərkibindən sədr və müavini seçir.

      Maddə 21.DADP SƏDRİ:

  1. Qurultay tərəfindən 5 il müddətinə seçilir.
  2. Partiyanın qurultayarası dövrdəki fəaliyyətinə rəhbərlik edir və bunun üçün məsuliyyət  daşıyır; 
  3. Büdcə daxilində partiyanın maliyyə məsələlərinə dair sərəncam verir; 
  4. Ştatlı işçilərdən, eləcə də müqavilə əsasında işləyən şəxslərdən işçi aparatı formalaşdırır;
  5. Partiyanı respublikada və xaricdə, dövlət orqanlarında, siyasi partiyalarda, ictimai və beynəlxalq təşkilatlarda təmsil edir;
  6. Hazırkı nizamnamədən irəli gələn səlahiyyətləri həyata keçirir və qurultay qarşısında hesabat verir.

Maddə 22. DADP-nin Mərkəzi İcra Komitəsi:

  1. Partiyanın siyasi və ideoloji fəaliyyət konsepsiyasının işlənib hazırlanmasına rəhbərlik edir;
  2. Mərkəzi və yerli icra orqanlarının fəaliyyətinə  nəzarət edir.

Maddə 23. Partiyanın yerli icra orqanlarının fəaliyyəti aşağıdan yuxarıya doğru tabeçilik prinsipi əsasında qurulur.

4. PARTİYA ÜZVLÜYÜNƏ QƏBUL OLUNMAĞIN, ONDAN ÇIXMAĞIN ŞƏRTLƏRİ VƏ QAYDASI

Maddə 24. Partiya könüllülük, üzvlərin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq, aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərir.

Maddə 25. Partiyaya qəbul olunmaq üçün ərizə ilə müraciət edən, onun Məramnamə və Nizamnaməsini qəbul edən 18 yaşına çatmış və vaxtlı-vaxtında üzvlük haqqı verən, bütün Azərbaycan vətəndaşları irqindən, dilindən, milli və etnik mənsubiyyətindən asılı olmayaraq, DADP-nin üzvü ola bilərlər.

Maddə 26. Partiya üzvlüyünə qəbul fərdidir.

Maddə 27. DADP  üzvü, digər siyasi partiyanın üzvü ola bilməz.

Maddə 28. Hər bir partiya üzvünə, partiyanın ali orqanı tərəfindən təsdiq olunmuş vəsiqə verilir.

Maddə 29. Partiya üzvlüyünə qəbul, təşkilatın ərazi yaşayış özəklərində yığıncaq iştirakçılarının üçdə iki hissəsinin açıq səs verməsi yolu ilə edilir.

5. PARTİYA ÜZVÜNÜN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Maddə 30. Partiya üzvləri bərabər hüquqa malikdirlər.

Maddə 31. Partiya üzvünün. DADP-nin siyasi fəaliyyəti məsələlərinin müzakirəsində iştirak etmək, partiyanın seçkili orqanlarına seçmək və seçilmək hüququ vardır.

Maddə 32. Partiya öz üzvlərini beynəlxalq sənədlərdə əks olunmuş insan hüquqlarından məhrum etmir, onların azadlıqlarına məhdudiyyət qoymur. DADP üzvü partiyanın Nizamnamə və Məramnaməsini təbliğ etmək üçün müxtəlif hərakatlarda, xeyriyyə işlərində, cəmiyyətlərdə fəal iştirak etməlidir.

Maddə 33. DADP üzvü sürətlə dəyişən dünyada sayıqlığını və mübarizliyini saxlamaq üçün daim bilik və bacarığını artırmalıdır.

Maddə 34. DADP üzvü, dövlətin və bütün sosial-siyasi qurumların, cəmiyyətlərin fəaliyyətlərinə Partiya Nizamnaməsi və Məramnaməsini əsas tutaraq, öz münasibətini bildirə bilər.

Maddə 35 DADP üzvü, onun Məramnaməsini hər yerdə təbliğ etməli, partiyanın daxili və xarici xəttini xalq arasında yaymalıdır.

Maddə 36. İctimai-siyasi fəaliyyəti və peşə bacarığını Azərbaycanın iqtisadi və mədəni yüksəlişinə yönəltmək  DADP üzvünün borcudur.

Maddə 37. Yuxarı təşkilatların bütün qərarları, aşağı təşkilatlar üçün mütləqdir. DADP üzvü partiya ali orqanlarının qərarlarını yerinə yetirməlidir.

Maddə 38. DADP üzvü, partiyanın hər bir təşkilatının işi ilə maraqlana bilər və onun keçirdiyi tədbirlərdə iştrak etmək hüququna malikdir.

Maddə 39. DADP üzvü, partiyanın təşkilat birliyini qorumalı, Nizamnamə və Məramnaməsini müdafiə etməlidir.

Maddə 40. DADP üzvü, partiyanın siyasətini haqqa çatmaq yolu kimi qəbul etməli, düzlük, səmimilik, tənqid və özünütənqid prinsiplərini üstün tutmalı, saxtakarlığa, təhrikçiliyə, lovğalığa, yerlibazlığa, qohumbazlığa, süründürməçiliyə və digər zərərli meyllərə qarşı mübarizə aparmalıdır.

Maddə 41. DADP üzvü, partiya tərəfindən və ya onun sifarişi ilə hazırlanmış proqram, konsepsiya və layihələrlə çıxış edir.

Maddə 42. Partiya üzvü, eyni vəzifəyə dalbadal iki müddətdən çox seçilə bilməz.

Maddə 43. Partiya rəhbər orqanlarının, partiya üzvlərindən ştatlı işçilər saxlamaq hüququ var.

Maddə 44. DADP-nin bütün təşkilatları Konstitusiyada əksini tapmış mülkiyyət formalarına uyğun olaraq, təsərrüfat və təbliğat sistemi yaradır.

6. PARTİYA ÜZVLƏRİ BARƏSİNDƏ İNTİZAM TƏDBİRLƏRİ

Maddə 45. Partiya üzvünə aşağıdakı cəzalar verilə bilər:

  • məzəmmət
  • xəbərdarlıq
  • şifahi töhmət
  • yazılı töhmət
  • üzvlükdən xaric edilmə

Cəzasını 1 il ərzində üzərindən götürməyə layiq olmayan DADP üzvü, partiyadan xaric olunur. Cəza və cəzasının götürülməsi barədə qərar, partiya özəklərinin yığıncağında sadə səs çoxluğu ilə qəbul edilir. Cəza almış cəza müddətində partiya orqanlarına seçilmək hüququnu itirir.

Maddə 46. Partiya yığıncaqlarında üzürsüz səbəbə görə üç dəfədən artıq iştirak etməyən partiya üzvü, DADP sıralarından xaric edilir. Partiyadan çıxarılanlar barədə qərar, yuxarı təşkilatlar tərəfindən təsdiq edilir. Partiya sıralarından xaric edilmiş şəxs, 2 ay müddətində partiyanın nəzarət-təftiş orqanlarına şikayət edə bilər.

7.ƏRAZİ TƏŞKİLATLARINA AZƏRBAYCAN RESPUBLİKASI QANUNLARINA ZİDD OLMAYAN TƏSİR TƏDBİRLƏRİ

Maddə 47. DADP elmi konfranslar, simpoziumlar və seminarlar keçirir.

Maddə 48. Ilk partiya təşkilatları öz fəaliyyətlərini yaradıcılıqla qura bilərlər. Onların qəbul  etdiyi qərarlar, DADP Məramnamə və Nizamnaməsinə zidd olmamalıdır.

Maddə 49. DADP parlament seçkilərində və hökümət koalisiyalarında iştrak edir; öz sıralarından seçkili orqanlara və rəhbər vəzifələrə namizədlər irəli sürür, Azərbaycan Respublikasının  qanunlarına zidd olmayan qaydada qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir edir.

Maddə 50. DADP Azərbaycan konistitusiyası qanunlarına zidd olmayan dövlət qanunvericilik orqanlarının və icra hakimiyyətlərinin fəaliyyətinə maneçilik törətməyən  aşağıdakı təsir tədbirlərindən istifadə edə bilər :

  • Respublikanın kütləvi informasiya və dövri mətbuat vasitəsilə mövcud iqtidarın və ayrı-ayrı təşkilatların işindəki qüsur və nöqsanları barədə istənilən məlumatı sərbəst yaymaq ;
  • Həmin qüsur və nöqsanların aradan qaldırılması barədə təklif və tövsiyələr vermək ;
  • Geniş xalq kütlələrini və ictimaiyyəti narahat edən həlli problemə çevrilmiş, müxtəlif mövzuda həm informasiya sistemləri, həm də dövri  mətbuatda polemik çıxışlar etmək;
  • Qanunla müəyyən edilmiş qaydalar  əsasında nümayişlər, mitinqlər, yığıncaqlar, və müxtəlif tədbirlər keçirmək ;
  • Ölkədə tam demokratik dövlətin və cəmiyyətin qurulması naminə qanun və qərarların hazırlanması üçün dövlət qanunvericilik orqanlarına demokratik üsullarla təsir göstərmək ;
  • Qanun layihələrinin müzakirəsində fəal  iştrak etmək və konkret təkliflər vermək.

8. QƏRARLARIN QƏBUL OLUNMASI. HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ONLARIN NƏZARƏT FORMALARI

Maddə 51. DADP-nin bütün qərarları partiya yığıncaqlarında qəbulm edilir.

Maddə 52. Hər bir qərar, partiya yığıncağında iştrak edən üzvlərin yarısından çoxunun səsini aldıqda, qəbul edilmiş hesab olunur.

Maddə 53. Partiya yığıncaqları, üzvlərin təşəbbüsü və onların 2\3 hissəsinin iştrak etdiyi halda keçirilir.

Maddə 54. Partiya yığıncaqları bir qayda olaraq, açıq, xüsusi hallarda isə qapalı keçirilir. Səsvermədə yalnız DADP üzvləri iştrak edirlər.

9. DADP-nin VƏSAİTİNİN VƏ BAŞQA ƏMLAKINININ ƏMƏLƏ GƏLMƏSİ MƏNBƏLƏRİ

Maddə 55. DADP hüquqi şəxsdir. Onun ştatlı işçiləri, müxtəlif növ əmlakı, vəsaiti, bank hesabı, blankı, ştampı, möhürü və s. vardır.

Maddə 56. DADP-nin büdcəsi üzvlük haqqlarından, qanuna zidd olmayan qaydada, müəssisə və təşkilat, əmək kollektivləri və ayrı-ayrı şəxslərin göstərdiyi təmənnasız və könüllü ayırmalardan yaradılır.

Maddə 57. Partiya və onun təşkilatlarının nəzəri və əməli fəaliyyəti üçün tələb olunan xərclər, partiyanın vəsaiti hesabına ödənilir.

Maddə 58. Partiyanın vəsaiti, partiya üzvünün şəxsi məqsədləri üçün xərclənə bilməz.

Maddə 59. Partiyanın fəaliyyəti üçün vəsait, İdarə heyətinin qərarı və partiya sədrinin imzası olan sənədlə verilir və xərclər haqqında ildə iki dəfə SŞ- da hesabat dinlənilir. Partiya özəklərinin büdcəsi barədə özək sədrləri, yuxarı partiya təşkilatına müntəzəm məlumat verirlər.

10. PARTİYANIN MƏTBUAT ORQANLARI

Maddə 60. DADP özünün jürnalı, bülleten və qəzetini buraxır. Partiyanın nəzəri və əməli fəalliyətinə dair kitablar nəşr edir. DADP- nin nəznində müxtəlif elmi araşdırma mərkəzlər  fəaliyyət göstərə bilər.

11. PARTİYA MƏRASİMLƏRİ

Maddə 61. Partiya ildə bir dəfə özünün yaranma və dünya azərbaycanlılarının həmrəyliyi gününü qeyd edir.

12.PARTİYA FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ VƏ ƏMLAKIN TALEYİ

Maddə 62. DADP-nin fəaliyyəti qurultayda müəyyənləşdirilir, onun fəaliyyətinə qurultayda nümayəndələrin 2 /3-nin səs çoxluğu ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, xitam verilə bilər. Partiyanın əmlakının taleyi, qanunvericiliyə uyğun qaydada həll edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir