Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

MƏRAMNAMƏ

  1. RTİYANIN BAŞLICA PRİNSİPLƏRİ

Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Azərbaycan Respublikası Konstitusiyası əsasında və siyasi partiyalar haqqında respublika qanunu çərçivəsində fəaliyyət göstərən Demokratik Partiyadır.

DADP vətəndaşların hüquqazadlığını əldə rəhbər tutaraq milli, dini, etnik münasibət sahələrində hər cür ziddiyyət, qarşıdurmanı, zorakılığı, sosial ayrı-seçkiliyin bütün forma və metodlarını pisləyir. Demokratik Azərbaycan Dünyası Partiyasının son məqsədi insanın hüquq və azadlığının sosial azadlıq və iqtisadi firavanlığın bərqərar olduğu milli,dini irqi və etnik ayrı-seçkiliyin olmadığı, insanların əqidəsinə görə təqib etmədiyi müasir sivilzasiyalı cəmiyyət qurmaq , vahid,qüdrətli, Demokratik Azərbaycan dövləti yaratmaqdır. DADP müasir dövrdə xalqın əksəriyyətini təşkil edən aztəminatlı kütlənin hüquq və mənafyinin müdafiə olunmasını özünün başlıcavəzifələrindən biri sayır.

            DADP-nin idoloji xəttinin təməlində soykökü Azərbaycançılıq, Türk-İslam mənəvi dəyərləri və ümumbəşəri mənəvi sərvətlət durur. Həmin prinsiplərə əsaslanan idologiya milli mənşəyindən və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarını azad, iqtisadi cəhətdən təmin olunmuş firavan və xoşbəxt görmək istəyir.

2. DAXİLİ SİYASƏT

DADP-nin daxili siyasəti  aşağıdakı prinsiplər üzərində qurulur:

Ən əvvəl və əsasən güclü dövlətçilik təcrübəsi, siyasi əqidə bütövlüyü və bəşəri siyasi xadim Heydər Əliyevin siyasi məsuliyyəti, onun siyasətinin fəlsəfi əsasları haqqında nəzəri fikirləri partiyanın daxili siyasətinin örnəyi kimi düşünmək, Heydər Əliyevçilik ideyalarını incəliklərlə açıqlamaq, qüdrətli düha sahibinin  əqidə bütövlüyünü dərk etmək; siyasi çevikliyindən bəhrələnərək bütöv siyasətçi anlayışına sadiq qalmaq;

Milli siyasətimiz və milli siyasətimizin bəşəri siyasətlərlə təmasda olmasının səbəbləri haqqında müzakirələr aparmaq; Xalqın birliyi Dövlətin bütövlüyünün qorunması partiyanın ən mühüm məqsədlərindən biridir. DADP vahid Azərbaycanın milli və etnik əlamətə görə fərqləndirilməsinə qarşı çıxış edir.

            Azərbaycan milli, etnik və dini mənsubiyyətindən asılı olmayaraq tarixin ən qədim çağlarındandan bu diyarda yaşayan bütün azərbaycanlıların Azərbaycan türkləri, talışlar, kürdlər, ləzgilər, tatlar, avarlar, yengiloylar və başqa xalqların hamısının vətənidir, onların hamısı üçün eyni dərəcədə müqəddəsdir. Ümumi Vətən, tarixin ağır sınaqları, nəsillərdən nəsillərə keçən ənənələr, vahid din, bütün azərbaycanlılar üçün ünsiyyət vasitəsi olan Türk dili bu xalqların qohumlaşmasına, doğmalaşmasına səbəb olmuşdur. Onların hamısı öz mənşələrini saxlamaqla Azərbaycanla və azərbaycanlı olmaları ilə fəxr etmiş və etməkdədir. Ümumi Vətən və vahid millət şəklində birləşərək qaynayıb-qarışan bu xalqlar arasına ayrı-seçkilik salınmamalıdır. Odur ki, DADP Azərbaycanın türk-islam xalqları, habelə digər xalqların və etnik qrupların arasına ayrı-seçkilik salmaq siyasətinə qarşı qətiyyətlə çıxış edir. Partiya bu torpağın övladları olan bütün Azərbaycan vətandaşlarının hamısı üçün müqəddəs olan Azərbaycanımızın bütövlüyü və millətimizin birliyi uğrunda mübarizə aparır. Azərbaycan, bütün Azərbaycan vətəndaşlarının vətənidir! Vətən bölünməzdir! Yurdda sülh, Azərbaycanda vətəndaş həmrəyliyi – DADP-nin daxili siyasətinin təməl daşıdır.

            DADP-nin iqtisadi siyasətinin strateji məqsədi səmərəli, sosial yönümlü milli iqtisadiyyat yaratmaqdır. Bunun üçün ilk növbədə respublika iqtisadiyyatnı inkşaf etdirmək, başqa dövlətlərin asılılığından tam qurtulmaq və xalq təsərrüfatının bütün sahələrində islahatları başa çatdırmaq, əsasən xüsusi mülkiyyət və digər mülkiyyət formalarına istinad edən, qabaqcıl dünya texnologiyasının ən müasir nailiyyətlərini əks etdirən, xalqın rifahını yaxşılaşdıran bazar mexanizmi yaratmaq kimi vəzifələr yerinə yetirməlidir. İqtisadiyyat dövlət inhisarından tədricən azad olmalı, insanların şəxsi təşəbbüskarlığına və işgüzarlığına əsaslanmalı, möhkəmlənib inkşaf etdikcə dünya iqtisadi əlaqələri sisteminə daha intensiv daxil olmalı və bu sistemdə özünün müvafiq yerini tutmalıdır. Azərbaycan iqtisadiyyatının tam müstəqilliyi və       çağdaş dünya sivilizasiyası səviyyəsinə yüksələ bilməsi bu ümumxalq əhəmiyyətli işin necə həyata keçirilməsindən asılıdır. Bu da partiya siyasətinin əsasını, hamının eyni start vəziyyətində olmasını və aztəminatlı vətəndaşların sosial mühafizəsini təşkil edəcəkdir.

Əmək haqqının minimum həyat səviyyəsini təmin etməsi üçün dövlətin üzərinə mühüm vəzifə düşür. DADP hesab edir ki, bu vəzifənin həyata keçirilməsi mərkəzləşdirildikdən sonra reallaşa bilər. Zəhmətkeş xalqın vəziyyətini yüngülləşdirmək üçün dövlət əmək haqqının indeksləşdirilməsinə çalışmalıdır. Bu əhalinin aztəminatlı hissəsini infilyasiyadan qorumaq, çevik sosial təminat sistemi yaratmaq üçün xüsusi əhəmiyyət kəsb edir.

            Torpağın Azərbaycan vətəndaşlarının xüsusi mülkiyyətinə pulsuz vərəsəlik hüququ əsasında verilməklə aqrar islahatı mütəşəkkil həyata keçirilməli, kənd təsərrüfatı müasir texnologiya əsasında kompleks inkişaf etdirilməlidir.

            Xarici iqtisadi təcavüzdən qorunmaqdan və ölkədə normal, sağlam bazar rəqabəti yaratmaqdan ötrü sərbəst qiymətlərin dinamikası və konyukturası obyektiv dövlət qanunları və idarəçilik metodları ilə tənzimlənməlidir. Bunun üçün dövlətin müstəqil milli bankı, qızıl və nadir dəyərlər fondu, maliyyə-kredit, gömrük, büdcə, valyuta sistemi daha da təkmilləşdirilməlidir.

            Ətraf mühitin qorunması ilə bağlı ekoloji mənafeyi iqtisadi mənafedən üstün tutmaqla respublikanı ekoloji böhrandan çıxartmaq və istehsal prosesinin bütün mərhələlərini ekologiyalaşdirmaq lazımdır.

             Xəlvəti iqtisadiyyat işbazları müvafiq iqtisadi metodlarla işgüzar sahibkarlıq fəaliyyətinə cəlb  edilməlidir. Sənayeni və kənd təsərüfatını inkişaf etdirən, istehsalı artıran sahibkarlığa üstünlük verilməlidir. İstehsalla ticarət arasındakı möhtəkirlik mərhələsi iqtisadi tədbirlər yolu ilə ləğv edilməli, ticarətdəki hərcmərclik və soyğunçuluq aradan qaldırılmalıdır. Keçid dövründə strateji əhəmiyyətə malik olan iqtisadiyyat sahələri ümumxalq mənafeyinə uyğun olaraq dövlətin ciddi nəzarəti altında inkişaf etdirilməlidir. Əhalinin ərzaq və çoxişlənən mallarla təminatını dövlət öz üzərinə götürməlidir. Partiya çoxuşaqlı və aztəminatlı ailələrin böyük əksəriyyət təşkil etdiyi Azərbaycanda çox işlənən malların, ilk  növbədə, ərzaq məhsullarının, xüsusilə çörəyin qiymətinin qaldırılmasını yolverilməz hesab edir. DADP-nin iqtisadi siyasəti boş qalmış kənd rayonlarının, o cümlədən sərhəd bölgələrinin intensiv surətdə məskunlaşmasını nəzərdə tutur. Azərbaycanın kənd rayonlarında, o cümlədən sərhəd bölgələrində yerli xammal və əmək ehtiyyatlarına müvafiq olaraq sənaye obyektləri tikintisi genişləndirilməlidir. Əhalisi sıx olan sərhəd  ən etibarlı sərhəddir. Xalqın birliyi və dövlətin bütövlüyünün qorunması, sənaye və kənd təsərrüfatının intensiv inkşafı və əhalinin aztəminatlı hissəsinin sosial-iqtisadi mənafeyinin müdafiə olunması DADP-nin daxili siyasətinin əsasında durur. DADP özünün kadr siyasətini yüksək professionallıq, səriştəlilik və demokratik seçki prinsipləri üzərində quracaqdır. Hər bir müəssisənin, idarənin, təşkilatın, bütövlükdə isə xalqın taleyini onun özü tərəfindən seçilən mütəxəssislər təmin etməlidir. Hər bir rayonda və bölgədə ancaq xalq tərəfindən tanınan və sayılıb-seçilən yerli kadrlara üstünlük verilməlidir. Dövlət idarə orqanları başçılarının yuxarıdan təyin olunması qaydası aradan qaldırılmalıdır. İşi iş bilənə  tapşırmaq! – Partiyanın kadr siyasətinin əsası belədir.

            Partiya yeni Azərbaycan qurmağa qadir olan güclü şəxsiyyətlər formalaşdırmaq, Ali insan amilini həll etmək üçün əsli azərbaycanlılıq amalı olmaqla Türk-İslam mənəvi dəyərləri və dünya sivilizasiyası əsasında yeni müasir təhsil sistemi yaradacaqdır.

3. XARİCİ SİYASƏT

DADP özünün xarici siyasətini aşağıdakı prinsiplər əsasında quracaqdır.

  • Dövlətin xarici siyasəti xalqımızın cari və strateji mənafeyinə xidmət edir.
  • Dünya ölkələri ilə əlaqələr sülh, bərabərlik və qarşılıqlı surətdə faydalı olan əməkdaşlıq prinsiplərinə əsaslanır.
  • Azərbaycan Respublikası onunla həmsərhəd olan bütün dövlətlər və xalqlarla mehriban qonşuluq siyasəti yeridir, bu ölkələr və xalqlarla əlaqələrin genişləndirilməsinə üstünlük verir. Türkiyə, Rusiya və İranla tarixi ənənələr nəzərə alınmaqla mehriban qonşuluq münasibətləri yaradılır.
  • Azərbaycan Respublikası hamı tərəfindən qəbul olunmuş və Azərbaycan xalqının mənafeyinə zidd olmayan bütün beynəlxalq təşkilat və konvensiyalara qoşulur.
  • Azərbaycan Respublikası beynəlxalq münasibətlərdə qəbul olunmuş sərhədlərin zorla dəyişdirilməsi siyasətinə qarşı çıxır.

DADP qonşu Qafqaz xalqları ilə tarixi əlaqələri daha  da genişləndirmək xətti yeridir. Sülh, Bərabərlik və Qardaşlıq prinsiplərinə əsaslanan Ümumqafqaz evi yaradılmasına səy göstərir.Dövlətimiz tərəfindən aparılan bu xarici siyasəti dəstəkləyir. Ona görə ki, hər üç bəşəri amil dünyada qanlar axıdılmasının, qan tökülməsinin, dağıntıların, terrorun tam əleyhinədir. İnsanların məhv edilməsi ilə bərabər məmləkətlərə ağır iqtisadi zərbələr də vurur.

            Vahid Qüdrətli və Demokratik Azərbaycanın dirçəlişi qardaş və bərabərhüquqlu türk dünyası dövlətləri birliyində mümkündür. DADP özünün son məqsədini gerçəkləşdirməyin doğru yolunu və real imkanlarını bu birliyin yaradılmasında görür. Odur ki, DADP türk xalqlarının tarixi xüsusiyyətlərinə, onların dövlət müstəqilliyinə, bu dövlətlərin ərazisində yaşayan bütün xalqların və etnik qrupların adət-ənənələrinə, mədəni tərəqqisinə hörmət və həssaslıqla yanaşılan, Sülh, Bərabərlik, Qardaşlıq prinsiplərinə əsaslanan və “böyük qardaş”prinsipini rədd edən Dünya Türk Dövlətləri Birliyi yaradılmasının təşəbbüsçüsü kimi çıxış edir. Bu birlik qardaş xalqımız arasında dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etmək məqsədi daşıyır.

             Dünya Türk Dövlətlər Birliyi  onun ərazisində yaşayan bütün türk və qeyri-türk xalqlarının sosial, iqtisadi, milli-mədəni tərəqqisi üçün bərabər imkanlar yaradan vahid əlverişli məkana çevrilməlidir. Dünya Türk Dövlətləri Birliyi eyni zamanda bu birliyə daxil olan ölkələrin və xalqların təhlükəsizliyini xarici təcavüzdən qoruyan kollektiv, hərbi siyasi müdafiə ittifaqıdır.

            Türk Dünyasının Birliyi  dünyada sülhün təminatıdır!

            Azərbaycan Dünya Türk Dövlətləri Birliyinin altun körpüsüdür!

4. PARTİYANIN ALİ MƏRAMI

            Azərbaycan, Azərbaycanda yaşayan bütün vətandaşların vətənidir! Vətən bölünməzdir!

            Yurdda sülh, Ümumqafqaz evi və Türk-İslam dünyasında sülh, Dünyada sülh!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir