Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

ƏSASNAMƏ

1. Ümumi müddəalar

  • Demokratik Azərbaycan Dünyası Partiyasının ( bundan sonra « DADP » ) Qadinlar şurası ( bundan sonar « Şura » ) qadınların ümumi maraqlarının təmin edilməsi işində dövlət siyasətinin və partiya prinsiplərini həyata keçirən mərkəzi orqandır.
  • Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan  Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, DADP-nin nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.
  • Şura öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər siyasi partiyalar, icra hakimiyyəti orqanları, yerli özünü idarəetmə orqanları, qeyi-hökumət təşkilatları, müvafiq beynəlxalq xarici təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  • Şura qadınların DADP-nin maraqlarına və könüllülük prinsiplərinə əsaslanan siyasi qadınlar Şurasıdır.

2. Şuranın fəaliyyət istiqamətləri

Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır :

  • Şura müvafiq sahədə vahid dövlət siyasətinin və DADP nizamnaməsində əks olunan başlıca prinsiplərin həyata keçirilməsini təmin edir.
  • Müvafiq sahənin inkişafını təmin edir.
  • DADP üzv olan hər bir qadının maraqlarını təmsil və müdafiə edir, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını

3. Şuranın və şura üzvlərinin hüquqları

Şuranın üzvləri bərabər hüquqludurlar və öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir :

  • Müvafuq sahədə dövlət siyasətini və partiya fəaliyyətinin əsas istiqamətlərinə dair təkliflər vermək ;
  • Öz səalahiyyətləri daxilində müvafiq sahə üzrəvahid informasiya sistemini  yaratmaq ;
  • Gender prinsiplərini həyata keçirmək istiqamətində DADP üzvü olan kişilər və qadınlarla sistemli iş aparmaq ;
  • Minilliyin inkişaf istiqamətləri sahəsində, yoxsulluğun azaldılması, məşğulluq strateqiyası üzrə dövlət proqramlarının həyata keçirilməsində öz səalhiyyətləri daxilində iştirak etmək ;
  • Sağlam ana, sağlam uşaq prinsiplərini həyata keçirmək, uçşaqların hüquqlarını və qanuni mənafelərinin qorunması istiqamətində hüquqi biliklərin öyrənilməsini təmin etmək ;
  • İstehsalatda işləyən DADP üzvlərinin hüquqlarının qorunması üçün öz səalhiyyətləri daxilində müvafiq orqanlarla birlikdə tədbirlər görmək, zərurət yarandıqda onlaın hüquqlarını pozan vəzifəli şəxslər haqqında müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;
  • Respublikada keçirilən seçki proseslərində iştirak etmək, öz sıralarından seçkili orqanlara və rəhbər vəzifələrə namizədlər irəli sürmək, Azərbaycan Respublikasının qanunlarına zidd olmayan qaydada qanunvericilik və icra hakimiyəti orqanlarının faəliyyətinə təsir etmək;
  • Müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək ;
  • Müvafiq sahəyə dair dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar ( sənədlər ) barədə sorğu vermək və onlardan belə məlumatları ( sənədləri ) almaq ;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada və partiya prinsipləri gözlənilməklə müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ( qurumları ) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
  • Fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatla aparmaq, təkliflər vermək ;
  • Müstəqil ekspert və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada və partiya nizamnaməsinə uyğun fəaliyyətinə cəlb etmək ;
  • Müvafiq sahədə müxtəlif treninq, kurs, seminar və digər tədbirləri təşkil etmək ;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək ;
  • Öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyalarıncəlb olunmasına dair təkliflər vermək;
  • Müvafiq sahə üzrə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə dair təkliflər  vermək ;
  • Müvafiq sahəni işıqlandıran televiziya və radio işlərinin layihələrini hazırlayıb həyata keçirmək ;
  • Şuranın xüsusi fərqlənmiş üzvlərinə müəyyən edilmiş qaydada partiyanın təltif və mükafatlarını təqdim etmək ;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq nizamnamədə və əsasnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək ;

4. Şura və Şura üzvlərinin vəzifələri

Şura üzvləri aşağdakı vəzifələri daşıyırlar :

  • Şuranın əsasnaməsinə əməl etmək .
  • Öz səlahiyyətləri daxilində insan, vətəndaş hüquqlarının, azadlıqlarının, xüsusi ilə uşaq və qadınların hüquqlarını həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq.
  • Müvafiq sahədə qanunvericiliklə onun və partiya nizamnaməsə uyğun səlahiyyətlərinə aid edilmiş normativ tənzimlənməni həyata keçirmək.
  • Dövlət proqramlarını və partiyanın prinsiplərini gözləməklə müvafiq komsepsiyaların hazırlanmasını təmin etmək.
  • Digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək .
  • Azərbaycan Respublikasının tərəfdar çıxıdğı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək,
  • Dövlətin ailə siyasətini həyata keçirmək .
  • Müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq dövlət orqanları ilə birlikdə məsləhətlərin verilməsi və digər müvafiq işlərin görülməsini təmin etmək .
  • Məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində dövlət siyasətinə uyğun olaraq, qadınların müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədilə layihələr hazırlamaq və əlaqədar təşkilatlarla birlikdə tədbirlərin görülməsini təmin etmək.
  • DADP üzvü olan ailə başçısını itirmiş şəhid ailələrinin, tək anaların, xüsusilə əlil qadınların və uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məasədi ilə müvafiq vəsaidlər qaldırmaq.
  • DADP qadınlarının qabaqcıl beynəlxalq təcrübəsi nəzərə alınmaqla, müvafiq sahədə müasir elmin naliyyətlərini tətbiq etmək, habelə elmi tədqiqat işlərinin aparılması və tətbiqini təmin etməsi işinə yardım etmək.
  • Ayrılan partiya vasitələrindən təyinatı üzrə səmərəli istifadə olunmsını təmin etmək.
  • Öz fəaliyyəti haqqında partiya rəhbərliyinin və üzvlərinin məlumatlandırılmasını təmin etmək.
  • Şuranın strukturunun və fəaliyyətinin təkminləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək.
  • Şuranın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şkayyətlərə baxmaq və  partiya nizamnaməsində müəyyən edilmiş qaydada tədbirlər görmək.
  • Şura üzvlərinin sosial müdafiəsi, əmək və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirləri həyata keçirmək .
  • Maliyyə hesabatlarının partiyanın nizamnaməsinə uyğun ayrılmasını təmin etmək.
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq partiya nizamnaməsinə və bu əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Şuranın üzvünün fəaliyyətinə aşağıdakı hallarda xitam verilir :

  • Şura ləğv edildikdə ;
  • könüllü olaraq şura üzvlüyündən çıxıldıqda ;
  • Şura üzvlüyündən çıxarıldıqda ;
  • Şura üzvlərinin üzvlüyünə xitam verilməsindən narazı qaldığı halda DADP-nin İdarə Heyətinə şikayət etmək hüququ var.

5. Şuranın strukturu

Şura aşağıdakı strukturlara malikdir :

  1. özək şurası ;
  2. rayon şurası ;
  3. respublika şurası ;
  • Özək şurası ən azı 3 (üç) nəfərdən ibarət olan ağsaqqallar şurasının ilk özəyidir.
  • Özək şurasının işinə açıq səsvermə yolu ilə seçilmişsədr və sədr müavini rəhbərlik edir.
  • Özək şurasının üzvlərinin sayı 20-dən çox olduğu təqdirdə sədr və sədr müavini daxil olmaqla 5 (beş) nəfərdən ibarət İdarə Heyəti seçilir.
  • Özək şurasının İdarə Heyəti, üzvlərinin təşəbbüslərini rayon şurası idarə heyyətinin diqqətinə çatdırı və rayon üzrə qəbul edilən fəaliyyət proqramının özək daxilində icra olunmasını təmin edir.
  • Özək İdarə Heyətinin iclasları ən azı ayda 2 (iki) dəfə keçirilir.
  • Rayon şurası rayon üzrə olan özəklərin ən azı yarısında özəklər faəaliyyət göstərdiyi təqdirdə yaradılır.
  • Rayon şurasının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
  • Rayon üzrə özək şuralarını təmsil edən nümayəndələrdən, sədr və sədr müavini daxil olmaqla ən azı 7 (yeddi) nəfərdən ibarət İdarə Heyəti formalaşdırılır.
  • İdarə Heyəti rayon Şurası üzvlərinin təşəbbüslərini Respublika Ağsaqqallar Şurasının İdarəetmə Şurasının  diqqətinə çatdırır və onun qəbul etdiyi fəaliyyət proqramının rayon daxilində icra olunmasını təmin edir.
  • Rayon Şurasının İdarə Heyətinin iclasları ən azı ayda 1 (bir) dəfə keçirilir.

6. Şuranın idarəetmə orqanları

 Şuranın idarəetmə orqanları aşağıdakılardır :

  • Konfrans ;
  • İdarəetmə Şurası ;
  • Təftiş Komissiyası.

KONFRANS

  • Şuranın ali orqanı ildə bir dəfədən az olmayaraq çağrılan Konfransdır.
  • Konfrans nümayəndələrinin seçilməsi yerlərdə üzvlərin sayına əsasən formalaşdırırlır və İdarəetmə Şürası tərəfindən təsdiqlənir.
  • Üzvlərin yarıdan çoxunun yazılı müraciətinə və İdarəetmə Şürasını qərarına əsasən növbədənkənar Konfrans çağrıla bilər.
  • Konfransın çağrılması barədə təşkilatın üzvlərinə ən azı 20 ( iyirmi ) gün qalmış məlumat verilməlidir.

Konfransın səlahiyyətlərinə aşağıdakılar aiddir :

  • İdarəetmə Şürasnın və Təftiş Komissiiyasını seçilməsi ;
  • İdarəetmə Şürasnın say tərkibinin müəyyənləşdirilməsi ;
  • Şuranın Əsasnaməsinə dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi ;
  • Şuranın strukturunda dəyişikliklərin edilməsi ;
  • Şuranın icra orqanlarının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ;
  • Şuranın illik hesabatının təsdiq edilməsi ;
  • Şuranın üzlərinin şikayət və müraciətlərinin  dinlənilməsi ;
  • Şuranın icra orqanlarının rəhbərlərinin hesabatlarının dinlənilməsi.

Konfrans nümayəndələrinin yarısından çoxu ( 50% + 1 ) iştirak etdikdə səlahiyyətli hesab olunur.

Konfransda müzakirə olunan məsələlər haqqında qərar nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir.

Konfransda yazılı protokol aparılır, protokol Konfransın sədri və katibi tərəfindən imzalanır.

İDARƏETMƏ ŞURASI

  • İdarəetmə Şurası konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Şuranın say tərkibi Konfrans tərəfindən müəyyənləşdirilir.
    • İdarəetmə Şurasının say tərkibi aşağıdakı şəkildə müəyyən edilir:
    • İdarəetmə Şurasının say tərkibi 11 nəfərdən az olmamalıdır;
    • İdarəetmə Şurası 3+2 il müddətinə seçilir.
  • İdarəetmə Şurasının üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir :
    • Səbəbsiz olaraq İdarəetmə Şurasının iclaslarında ardıcıl olaraq 3 ( üç ) dəfə iştirak etmədikdə ;
    • Öz istəyinə əsasən ;
  • İdarəetmə Şurası Şuranın sədrindən, məsul katibindən və üzvlərdən ibarət olan kollegial orqandır.
  • İdarəetmə Şurasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilir və aşağıdakı səlahiyyətlərə malikdir :
    • Şuranın üzvlüyünə qəbul və üzvlükdən azad edir ;
    • Şuranın icra orqanlarını yaradır ;
    • Şuranın fəaliyyət planlarını və layihələrini təsdiq edir ;
    • Konfrans səlahiyyətinə aid oaln məsələlərdən başqa bütün Şura məsələlər üzrə qərarlar qəbul edir.
  • İdarəetmə Şurasının yığıncaqları onun üzvlərinin yarıdan çoxu ( 50%+1 ) iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edlir.
  • İdarəetmə Şurasının növbədədnkənar icalsı İdarəetmə Şurasının üzvlərinin 2/3-nin tələbinə əsasən çağrıla bilər.
  • İdarəetmə Şurasının işinə sədr rəhbərlik edir.
  • Şuranın sədri İdarəetmə Şurası tərəfindən gizli səsvermə yolu ilə 3+2 il müddətinə ( yenidən seçilmək hüququ ilə ) seçilir.
  • Şuranın sədrinin səlahiyyətləri :
    • Şuranın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici funksiya daşıyır;
    • Şuranı təmsil edir və onun adından çıxış edir ;
    • İdarəetmə Şurasının iclaslarına rəhbərlik edir ;
    • Konfransın və İdarəetmə Şurasının qərarlarının icrasını təmin edir ;
    • Konfrans tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir ;
    • Hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün partiyanın rəhbərliyinə təqdim edir;
    • öz fəaliyyəti ilə bağlı Konfrans qarşısında hesabat verir.
  • Şuranın sədri olmadıqda, onun səlahiyyətlərini təşkilati məsələlər üzrə sədr müavini həyata keçirir.
  • Sədr müavinləri İdarəetmə Şurası tərəfindən gizli səsvermə yolu ilə 3+2 il müddətinə ( yenidən seçilmə hüququ ilə ) seçilir. Şuranın məsul katibi eyni zamanda İdarəetmə Şurasının sədr müavinidir.

TƏFTİŞ KOMİSSİYASI

  • Şuranın Təftiş Komissiyası ( TK ) təşkilatın seçkili orqanlarının , vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğun olması üzərində nəzarəti həyata keçirir. TK-nın say tərkibi 5 ( beş ) nəfərdən ibarət olmaqla Konfrans tərəfindən 3+2 il müddətinə seçilir.
  • TK Şuranın orqanlarından və üzvlərindən daxil olan ərizələrə 10 ( on ) gün müddətində baxıb cavab verməlidir.
  • TK-ın tərkibinə seçilmiş şəxslər İdarəetmə Şurasında təmsil olunmamalıdır.

7. Şuranın fəaliyyətinin təşkili, əmlakı, layihə və proqramları

  • Şuranın fəaliyyyət göstərməsi üçün partiya rəhbərliyinin ayırdığı sahə (otaq) və texniki avadanlıq şərti olaraq təşkilatın əmlakı hesab edilir.
  • Şuranın maliyyə fəaliyyəti Şura üzvlərinin könüllü ayırdiqları maliyyə vasitələri, həmçinin sponsorlar, könüllü ianələr və qanunla qadağan olunmamış digər mənbələr hesabına həyata keçirilir.
  • Şura həyata keçirəcək tədbirlər üçün layihə təklifi ilə çıxış edir. Yalnız layihə təklifi bəyənildikdən sonra onun maliyyələşdirilməsi partiya rəhbərliyi tərəfindən həyata keçirilir.
  • Şuranın qadınların maraqlarını nəzərə alaraq, müxtəlif sahələr üzrə proqramlar hazırlayır, dövlət orqanları, qeyri-hükumət təşkilatları, beynəlxalq Şuralar və donorlar, siyasi partiyalarla əlaqəli və ya müstəqil formada həyata keçirir.

8. Şuranın fəaliyyətinə xitam verilməsi

  • Şuranın fəaliyyətinə, yenidən təşkili və ya ləğv edilməsinə DADP İH-nin müvafiq qərarı qərarı ilə xitam verilir.
  • Şuranın fəaliyyətinə xitam verilməsi mövcud əsasnamədə nəzərdə tutulmuş qaydada həyata keçirilir

9.Yekun müddəalar

  • Bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər DDP-nin nizamnaməsi əsasında tənzimlənir.
  • Gələcəkdə bu Əsasnamənin müddəaları partiya nizamnaməsi ilə ziddiyət təşkil edərsə, nizamnamənin müddəaları tətbiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir