Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

ƏSASNAMƏ

1. Ümumi müddəalar

  • Demokratik Azərbaycan Dünyası Partiyasının ( bundan sonra «DADP» ) Gənclər Təşkilatı ( bundan sonra « Təşkilat» ) gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq, onların cəmiyyətin siyasi-ictimai həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının səmərəli təşkilini, maraq və meyllərini, intelektual inkişaflarını təmin etmək, habelə cəmiyyətdə gənclər arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir
    • Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, DADP nizamnamələrinə və bu əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
    • Təşkilat gənclərin problemləri ilə bağlı məsələlərin operativ həllinənail olmaq üçün dövlət orqanları, qeyri-hökumətvə beynəlxalq təşkilatlarla qarşılıqı əlaqədə fəaliyyət göstərir.
    • Təşkilat gənclərin DADP-nin maraqlarına və könüllülük prinsiplərinə əsaslanan siyasi gənclər təşkilatıdır.

2.Təşkilkatın əsas məqsəd və vəzifələri

  • Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində gənclərin ayrı-ayrılıqda hər bir DADP-nin üzvü olan gəncin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
  • Təşkilatın əsas vəzifələri aşağıdakılardır :
    • Gənclərin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi
    • DADP-çi gənclər arasında siyai maarifləndirmə işinin aparılması ;
    • DADP-çi gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi ;
    • DADP-çi gənclərin hüquqlarının təmin edilməsi ;
    • Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı gənclərin  iştirakının təmin edilməsi ;
    • Gənclər arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı proflaktik tədbirlərin həyata keçirilməsi ;
    • Gənclərin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, formların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, disskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi ;
    • Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması ;
    • Gənclərin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi ;
    • DADP-çi gənclərin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün İH-ə məsələlərin çıxarılması, partiya rəhbərliyi qarşısında vəsadətin qaldırılması ;
    •  Qanunvericilikdə və partiya nizamnaməsində qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

3. Təşkilata üzvlük, üzvlərin hüquq və vəzifələri

  • 16 yaşı tamam olamuş və könüllü surətdə DADP sıralarına daxil olan hər bir gən təşkilata üzv ola bilər.
  • Təşkilata üzvlük könüllü xarakter daşıyır.
  • Təşkilata üzvlərin qəbulu partiyanın nizamnaməsinə və təşkilatın əsasnaməsinə uyğun həyata keçirilir.
  • Təşkilatın üzvləri bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər :
    • təşkilatın idarəçiliyində iştirak etmək ;
    • təşkilatın hər hansı seçkili orqanına seçmək və seçilmək ;
    • təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmək ;
    • təşkilatın fəaliyyəti barədə məlumat almaq ;
    • müxtəlif layihə və proqramlarla çıxış etmək ;
    • öz mənafelərinin müdafiəasinə kömək göstərilməsi üçün təşkilata müraciət etmək ;
  • Respublikadaseçki prossesində iştirak etmək .
  • Təşkilatın üzvü eyni zamnada iki seçkili orqanın üzvü ola bilməz
  • Təşkilatın üzvləri aşağıdakı vəzifələri daşıyırlar :
    • təşkilatın Əsasnaməsinə əməl etmək ;
    • gördüyü işlərə məsuliyyətlə yanaşmaq ;
    • təşkilatın seçkili orqanlarının qərarlarını yerinə yetirmək.
  • Təşkilatın üzvünün fəaliyyətinə aşağıdakı hallarda xitam verilir :
    • təşkilat ləğv edildikdə ;
    • könüllü olaraq təşkilatın üzvlüyündən çıxdıqda ;
    • təşkilatın üzvlüyündən çıxarıldıqda.
  • Təşkilat üzvünün üzvlüyünə xitam verilməsindən narazı qaldığı halda İdarəetmə Şurasına şikayət etmək hüququ var.

4. Təşkilatın strukturu

Təşkilat aşağıdakı strukturlara malikdir :

  • özək təşkilatı ;
  • rayon təşkilatı ;
  • respublika təşkilatı ;
    • Özək təşkilatı ən azı 3 ( üç ) nəfərdən ibarət olan gənclər təşkilatının ilk özəyidir.
    • Özək təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
    • Özək təşkilat üzvlərinin sayı 20-dən çox olduğu təqdirdə sədr və sədr müavini daxil olmaqla 5 ( beş ) nəfərdən ibarət İdarə Heyəti seçilir.
    • Özək təşkilatının İdarə Heyəti, üzvlərinin təşəbbüslərini rayon təşkilatı idarə heyətinin diqqətinə çatdırır və rayon üzrə qəbul edilən fəaliyyət proqramının özək daxilində icra olunmasını təmin edir.
    • Özək təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 2 ( iki ) dəfə keçirilir.
    • Rayon təşkilatı rayon üzrə olan özəklərin ən azı yarısında özəklər fəaliyyət göstərdiyi təqdirdə yaradılır.
    • Rayon təşkilatinin işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
    • Rayon üzrə özək təşkilatlarını təmsil edən nümayəndələrdən, sədr və sədr müavini daxil olmaqla ən azı 7 ( yeddi ) nəfərdən ibarət İdarə Heyəti formalaşdırılır.
    • İdarə Heyəti rayon təşkilatı üzvlərinin təşəbbüslərini Respublika Gənclər Təşkilatının İdarəetmə Şurasının diqqətinə çatdırır və onun qəbul etdiyi fəaliyyət proqramının rayon daxilində icra olunmasını təmin edir.
    • Rayon təşkilatının İdarə Heyaətinin iclasları ən azı ayda 1 ( bir ) dəfə keçirilir.

5. Təşkilatın idarəetmə orqanları

Təşkilatın idarəetmə orqanları aşağıdakılardır :

  • Konfrans ;
  • İdarəetmə Şürası ;
  • Təftiş Komissiyası .

KONFRANS

  • Təşkilatın ali orqanı ildə bir dəfədən az olmayaraq çağrılan Konfransdır.
  • Konfrans nümayəndələrinin seçilməsi yerlərdə üzvlərin sayına əsasən formalaşdırırlır və İdarəetmə Şürası tərəfindən təsdiqlənir.
  • Üzvlərin yarıdan çoxunun yazılı müraciətinə və İdarəetmə Şürasını qərarına əsasən növbədənkənar Konfrans çağrıla bilər.
  • Konfransın çağrılması barədə təşkilatın üzvlərinə ən azı 20 ( iyirmi ) gün qalmış məlumat verilməlidir.
  • Konfransın səlahiyyətlərinə aşağıdakılar aiddir :
    • İdarəetmə Şürasnın və Təftiş Komissiiyasını seçilməsi ;
    • İdarəetmə Şürasnın say tərkibinin müəyyənləşdirilməsi ;
    • təşkilatın Əsasnaməsinə dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi ;
    • təşkilatın strukturunda dəyişikliklərin edilməsi ;
    • təşkilatın icra orqanlarının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ;
    • təşkilatın illik hesabatının təsdiq edilməsi ;
    • təşkilat üzlərinin şikayət və müraciətlərinin  dinlənilməsi ;
    • təşkilatın icra orqanlarının rəhbərlərinin hesabatlarının dinlənilməsi.
  • Konfrans nümayəndələrinin yarısından çoxu ( 50% + 1 ) iştirak etdikdə səlahiyyətli hesab olunur.
  • Konfransda müzakirə olunan məsələlər haqqında qərar nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir.
  • Konfransda yazılı protokol aparılır, protokol Konfransın sədri və katibi tərəfindən imzalanır.

İDARƏETMƏ ŞURASI

  • İdarəetmə Şurası konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Şuranın say tərkibi Konfrans tərəfindən müəyyənləşdirilir.
  • İdarəetmə Şurasının say tərkibi aşağıdakı şəkildə müəyyən edilir:
  • İdarəetmə Şurasının say tərkibi 11 nəfərdən az olmamalıdır.
  • İdarəetmə Şurası             müddətinə seçilir.
  • İdarəetmə Şurasının üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir :
    • səbəbsiz olaraq İdarəetmə Şurasının iclaslarında ardıcıl olaraq 3 ( üç ) dəfə iştirak etmədikdə ;
    • öz istəyinə əsasən.
  • İdarəetmə Şurası Təşkilatın sədrindən, sədr müavinlərindən və üzvlərdən ibarət olan kollegial orqandır.
  • İdarəetmə Şurasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilir və aşağıdakı səlahiyyətlərə malikdir :
    • təşkilatın üzvlüyünə qəbul və üzvlükdən azad edir ;
    • təşklatın icra orqanlarını yaradır ;
    • təşkilatın fəaliyyət planlarını və layihələrini təsdiq edir ;
    • Konfrans səlahiyyətinə aid oaln məsələlərdən başqa bütün təşkilati məsələlər üzrə qərarlar qəbul edir.
  • İdarəetmə Şurasının yığıncaqları onun üzvlərinin yarıdan çoxu ( 50%+1 ) iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edlir.
    • İdarəetmə Şurasının növbədədnkənar icalsı İdarəetmə Şurasının üzvlərinin 2/3-nin tələbinə əsasən çağrıla bilər.
    • İdarəetmə Şurasının işinə sədr rəhbərlik edir.
    • Təşkilatın sədri İdarəetmə Şurası tərəfindən gizli səsvermə yolu ilə       müddətinə ( yenidən seçilmək hüququ ilə ) seçilir.
  • Təşkilatın sədrinin səlahiyyətləri :
    • təşkilatın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici funksiya daşıyır ;
    • təşkilatı təmsil edir və onun adından çıxış edir ;
    • İdarəetmə Şurasının iclaslarına rəhbərlik edir ;
    • Konfransın və İdarəetmə Şurasının qərarlarının icrasını təmin edir ;
    • Konfrans tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir ;
    • hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün partiyanın rəhbərliyinə təqdim edir ;
    • öz fəaliyyəti ilə bağlı Konfrans qarşısında hesabat verir
  • Təşkilatın sədri olmadıqda, onun səlahiyyətlərini sədr müavinlərindən biri həyata keçirir.
  • Sədr müavinləri İdarəetmə Şurası tərəfindən gizli səsvermə yolu ilə                  il müddətinə ( yenidən seçilmə hüququ ilə ) seçilir. Təşkilatın sədr müavini eyni zamanda İdarəetmə Şurasının sədr müavinidir.

TƏFTİŞ KOMİSSİYASI

  • Təşkilatın Təftiş Komissiyası ( TK ) təşkilatın seçkili orqanlarının , vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğun olması üzərində nəzarəti həyata keçirir. TK-nın say tərkibi 5 ( beş ) nəfərdən ibarət olmaqla Konfrans tərəfindən  …….. il müddətinə seçilir.
  • TK təşkilatın orqanlarından və üzvlərindən daxil olan ərizələrə 10 ( on ) gün müddətində baxıb cavab verməlidir.
  • TK-ın tərkibinə seçilmiş şəxslər İdarəetmə Şurasında təmsil olunmalıdır.

6. Təşkilatın fəaliyyətinin təşkili, əmlakı, layihə və proqramları

  • Təşkilatın fəaliyyyət göstərməsi üçün partiya rəhbərliyinin ayırdığı sahə (otaq) və texniki avadanlıq şərti olaraq təşkilatın əmlakı hesab edilir.
  • Təşkliatın maliyyə fəaliyyəti təşkilat üzvlərinin könüllü ayırdiqları maliyyə vasitələri, həmçinin sponsorlar, könüllü ianələr və qanunla qadağan olunmamış digər mənbələr hesabına həyata keçirilir.
  • Təşkilat həyata keçirəcək tədbirlər üçün layihə təklifi ilə çıxış edir. Yalnız layihə təklifi bəyənildikdən sonra onun maliyyələşdirilməsi partiya rəhbərliyi tərəfindən həyata keçirilir.
  • Təşkilat gənclərin maraqlarını nəzərə alaraq, müxtəlif sahələr üzrə proqramlar hazırlayır, onun ali və orta ixtisas təhsili məktəbləri, dövlət orqanları, qeyri-hükumət təşkilatları, beynəlxalq təşkilatlar və donorlar, siyasi partiyalarla əlaqəli və ya müstəqil formada həyata keçirir.

7. Təşkilatın fəaliyyətinə xitam verilməsi

  • Təşkilatın fəaliyyətinə, yenidən təşkili və ya ləğv edilməsinə DADP İH-nin müvafiq qərarı və ya Konfransın qərarı ilə xitam verilir.
  • Təşkilatın fəaliyyətinə xitam verilməsi mövcud əsasnamədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

8. Yekun müddəalar

  • Bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər DDP-nin nizamnaməsi əsasında tənzimlənir.
  • Gələcəkdə bu Əsasnamənin müddəaları partiya nizamnaməsi ilə ziddiyət təşkil edərsə, nizamnamənin müddəaları tətbiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir