Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

ƏSASNAMƏ

1.Ümumi müddəalar

  • Demokratik Azərbaycan Dünyası Partiyasının ( bundan sonra « DADP » ) Ağsaqqallar şurası ( bundan sonar « Şura » ) ağsaqqalların və ixtiyarların ümumi maraqlarının təmin edilməsi işində dövlət siyasətinin və partiya prinsiplərini həyata keçirən mərkəzi orqandır.
    • Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan  Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, DADP-nin nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.
    • Şura öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər siyasi partiyalar, icra hakimiyyəti orqanları, yerli özünü idarəetmə orqanları, qeyi-hökumət təşkilatları, müvafiq beynəlxalq xarici təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
    • Şura ağsaqqalların DADP-nin maraqlarına və könüllülük prinsiplərinə əsaslanan siyasi ağsaqqallar Şurasıdır.

2. Şuranın fəaliyyət istiqamətləri

Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Şura müvafiq sahədə vahid dövlət siyasətinin və DADP nizamnaməsində əks olunan başlıca prinsiplərin həyata keçirilməsini təmin edir.
  • Müvafiq sahənin inkişafını təmin edir.
  • DADP üzv olan hər bir ağsaqqal şəxsin maraqlarını təmsil və müdafiə edir, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin edir.

3. Şuranın və şura üzvlərinin hüquqları

  •  Şuranın üzvləri bərabər hüquqludurlar və öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir :
    • Müvafuq sahədə dövlət siyasətini və partiya fəaliyyətinin əsas istiqamətlərinə dair təkliflər vermək ;
    • Partiya tərəfindən həyata keçirilən siyasi kurs və prinsiplər əsasında təbliğat işi aparmaq ;
    • Partiyanın inkişaf proqramlarının hazırlanmasında iştirak etmək ;
    • Fəaliyyət üçün zəruri məlumatlar (sənədlər) almaq üçün partiyanın partiyanın struktur bölmələrinə və tabeliyindəki qurumlara sorğu vermək ;
    • Şuranın gündəliyində duran və digər zəruri məsələlərin həlli ilə bağlı partiyanın idarə heyyətinə müraciət etmək ;
    • Respublikada keçirilən seçki proseslərində iştirak etmək, öz sıralarından seçkili orqanlara və rəhbər vəzifələrə namizədlər irəli sürmək, Azərbaycan Respublikasının qanunlarına zidd olmayan qaydada qanunvericilik və icra hakimiyəti orqanlarının faəliyyətinə təsir etmək ;
    • Fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər vəümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək ;
    • Müstəqil ekspert və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada və partiya nizamnaməsinə uyğun fəaliyyətinə cəlb etmək ;
    • Müvafiq sahədə müxtəlif treninq, kurs, seminar və digər tədbirləri təşkil etmək ;
    • Qanunvericiliklə müəyyən üdilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək ;
    • Müvafiq sahə üzrə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə dair təkliflər  vermək ;
    • Müvafiq sahəni işıqlandıran televiziya və radio işlərinin layihələrini hazırlayıb həyata keçirmək ;
    • Şuranın xüsusi fərqlənmiş üzvlərinə müəyyən edilmiş qaydada partiyanın təltif və mükafatlarını təqdim etmək ;
    • Əgər şuranın üzvü hər hansı səbəbə görə Şuranın iclaslarında iştirak edə bilmirsə o, iclasın keçirilməsinə 5 gün qalmış iclasın gündəliyinə daxil olan məsələlərlə bağlı öz rəyini yazılı və ya electron formada göndərə bilər. Belə olan halda məslənin müzakirəsi zamanı  onun mövqeyi nəzərə alınır ;
    • Şuranın təşkilkati təminatı ilə şuranın məsul katibi məşğul olur ;
    • Şuranın işinin madditexniki təminatı partiya rəhbərliyi tərəfindən həyata keçirilir ;
    • Fəaliyyət istiqamətlərinə uyğun olaraq nizamnamədə və əsasnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək ;

4. Şura və Şura üzvlərinin vəzifələri

Şura üzvləri aşağdakı vəzifələri daşıyırlar :

  • Şuranın əsasnaməsinə əməl etmək .
  • Öz səlahiyyətləri daxilində insan, vətəndaş hüquqlarının, azadlıqlarının, xüsusi ilə ağsaqqallar və ixtiyarların hüquqlarını həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq.
  • Müvafiq sahədə qanunvericiliklə onun və partiya nizamnaməsə uyğun səlahiyyətlərinə aid edilmiş normativ tənzimlənməni həyata keçirmək.
  • Dövlət proqramlarını və partiyanın prinsiplərini gözləməklə müvafiq komsepsiyaların hazırlanmasını təmin etmək.
  • Digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək .
  • Azərbaycan Respublikasının tərəfdar çıxıdğı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək,
  • Dövlətin ailə siyasətini həyata keçirmək .
  • Şura üzvlərinin sosial müdafiəsi, əmək və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirləri həyata keçirmək .
  • Ayrılan partiya vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək.
  • Öz fəaliyyəti haqqında partiya rəhbərliyinin və üzvlərinin məlumatlandırılmasını təmin etmək .
  • Şuranın strukturunun və fəaliyyətinin təkminləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək.
  • Şuranın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şkayyətlərə baxmaq və  partiya nizamnaməsində müəyyən edilmiş qaydada tədbirlər görmək.
  • Maliyyə hesabatlarının partiyanın nizamnaməsinə uyğun ayrılmasını təmin etmək.
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq partiya nizamnaməsinə və bu əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • Şura üzvlərinin üzvlüyünə xitam verilməsindən narazı qaldığı halda DADP-nin İdarə Heyətinə şikayət etmək hüququ var.

5. Şuranın strukturu

  •  Şura aşağıdakı strukturlara malikdir :
    • Özək şurası ;
    • rayon şurası ;
    • respublika şurası ;
  • Özək şurası ən azı 3 (üç) nəfərdən ibarət olan ağsaqqallar şurasının ilk özəyidir.
  • Özək şurasının işinə açıq səsvermə yolu ilə seçilmişsədr və sədr müavini rəhbərlik edir.
  • Özək şurasının üzvlərinin sayı 20-dən çox olduğu təqdirdə sədr və sədr müavini daxil olmaqla 5 (beş) nəfərdən ibarət İdarə Heyəti seçilir.
  • Özək şurasının İdarə Heyəti, üzvlərinin təşəbbüslərini rayon şurası idarə heyyətinin diqqətinə çatdırı və rayon üzrə qəbul edilən fəaliyyət proqramının özək daxilində icra olunmasını təmin edir.
  • Özək İdarə Heyətinin iclasları ən azı ayda 2 (iki) dəfə keçirilir.
  • Rayon şurası rayon üzrə olan özəklərin ən azı yarısında özəklər faəaliyyət göstərdiyi təqdirdə yaradılır.
  • Rayon şurasının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
  • Rayon üzrə özək şuralarını təmsil edən nümayəndələrdən, sədr və sədr müavini daxil olmaqla ən azı 7 (yeddi) nəfərdən ibarət İdarə Heyəti formalaşdırılır.
  • İdarə Heyəti rayon Şurası üzvlərinin təşəbbüslərini Respublika Ağsaqqallar Şurasının İdarəetmə Şurasının  diqqətinə çatdırır və onun qəbul etdiyi fəaliyyət proqramının rayon daxilində icra olunmasını təmin edir.
  • Rayon Şurasının İdarə Heyətinin iclasları ən azı ayda 1 (bir) dəfə keçirilir.

6. Şuranın idarəetmə orqanları

  •  Şuranın idarəetmə orqanları aşağıdakılardır :
    • Konfrans ;
    • İdarəetmə Şurası ;
    • Təftiş Komissiyası.

KONFRANS

  • Şuranın ali orqanı ildə bir dəfədən az olmayaraq çağrılan Konfransdır.
  • Konfrans nümayəndələrinin seçilməsi yerlərdə üzvlərin sayına əsasən formalaşdırırlır və İdarəetmə Şürası tərəfindən təsdiqlənir.
  • Üzvlərin yarıdan çoxunun yazılı müraciətinə və İdarəetmə Şürasını qərarına əsasən növbədənkənar Konfrans çağrıla bilər.
  • Konfransın çağrılması barədə təşkilatın üzvlərinə ən azı 20 ( iyirmi ) gün qalmış məlumat verilməlidir.
  • Konfransın səlahiyyətlərinə aşağıdakılar aiddir :
    • İdarəetmə Şürasnın və Təftiş Komissiiyasını seçilməsi ;
    • İdarəetmə Şürasnın say tərkibinin müəyyənləşdirilməsi ;
    • şuranın Əsasnaməsinə dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi ;
    • Şuranın strukturunda dəyişikliklərin edilməsi ;
    • Şuranın icra orqanlarının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ;
    • Şuranın illik hesabatının təsdiq edilməsi ;
    • Şuranın üzlərinin şikayət və müraciətlərinin  dinlənilməsi ;
    • Şuranın icra orqanlarının rəhbərlərinin hesabatlarının dinlənilməsi.
  • Konfrans nümayəndələrinin yarısından çoxu ( 50% + 1 ) iştirak etdikdə səlahiyyətli hesab olunur.
  • Konfransda müzakirə olunan məsələlər haqqında qərar nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir.
  • Konfransda yazılı protokol aparılır, protokol Konfransın sədri və katibi tərəfindən imzalanır.

İDARƏETMƏ ŞURASI

  • İdarəetmə Şurası konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Şuranın say tərkibi Konfrans tərəfindən müəyyənləşdirilir.
  • İdarəetmə Şurasının say tərkibi aşağıdakı şəkildə müəyyən edilir:
    • İdarəetmə Şurasının say tərkibi 9 nəfərdən az olmamalıdır.
    • İdarəetmə Şurası 3+2 il müddətinə seçilir.
  • İdarəetmə Şurasının üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir :
    • Səbəbsiz olaraq İdarəetmə Şurasının iclaslarında ardıcıl olaraq 3 ( üç ) dəfə iştirak etmədikdə ;
    • Öz istəyinə əsasən ;
    • İdarəetmə Şurası Şuranın sədrindən, məsul katibindən və üzvlərdən ibarət olan kollegial orqandır.
  • İdarəetmə Şurasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilir və aşağıdakı səlahiyyətlərə malikdir :
    • Şuranın üzvlüyünə qəbul və üzvlükdən azad edir ;
    • Şuranın icra orqanlarını yaradır ;
    • Şuranın fəaliyyət planlarını və layihələrini təsdiq edir ;
  • Konfrans səlahiyyətinə aid oaln məsələlərdən başqa bütün Şura məsələlər üzrə qərarlar qəbul edir.
    • İdarəetmə Şurasının yığıncaqları onun üzvlərinin yarıdan çoxu ( 50%+1 ) iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edlir.
    • İdarəetmə Şurasının növbədədnkənar icalsı İdarəetmə Şurasının üzvlərinin 2/3-nin tələbinə əsasən çağrıla bilər.
    • İdarəetmə Şurasının işinə sədr rəhbərlik edir.
    • Şuranın sədri İdarəetmə Şurası tərəfindən gizli səsvermə yolu ilə 3+2 il müddətinə ( yenidən seçilmək hüququ ilə ) seçilir.
  • Şuranın sədrinin səlahiyyətləri :
    • Şuranın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici funksiya daşıyır ;
    • Şuranı təmsil edir və onun adından çıxış edir ;
    • İdarəetmə Şurasının iclaslarına rəhbərlik edir ;
    • Konfransın və İdarəetmə Şurasının qərarlarının icrasını təmin edir ;
    • Konfrans tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir ;
    • Hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün partiyanın rəhbərliyinə təqdim edir;
    • Öz fəaliyyəti ilə bağlı Konfrans qarşısında hesabat verir.
  • Şuranın sədri olmadıqda, onun səlahiyyətlərini Şuranın həyata keçirir.
  • Məsul katib İdarəetmə Şurası tərəfindən gizli səsvermə yolu ilə 3+2 il müddətinə ( yenidən seçilmə hüququ ilə ) seçilir. Şuranın məsul katibi eyni zamanda İdarəetmə Şurasının məsul katibidir.

TƏFTİŞ KOMİSSİYASI

  • Şuranın Təftiş Komissiyası ( TK ) təşkilatın seçkili orqanlarının , vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğun olması üzərində nəzarəti həyata keçirir. TK-nın say tərkibi 5 ( beş ) nəfərdən ibarət olmaqla Konfrans tərəfindən 3+2 il müddətinə seçilir.
  • TK Şuranın orqanlarından və üzvlərindən daxil olan ərizələrə 10 ( on ) gün müddətində baxıb cavab verməlidir.
  • TK-ın tərkibinə seçilmiş şəxslər İdarəetmə Şurasında təmsil olunmalıdır.

7. Şuranın fəaliyyətinin təşkili, əmlakı, layihə və prorqamları

  • Şuranın fəaliyyyət göstərməsi üçün partiya rəhbərliyinin ayırdığı sahə (otaq) və texniki avadanlıq şərti olaraq təşkilatın əmlakı hesab edilir.
  • Şuranın maliyyə fəaliyyəti Şura üzvlərinin könüllü ayırdiqları maliyyə vasitələri, həmçinin sponsorlar, könüllü ianələr və qanunla qadağan olunmamış digər mənbələr hesabına həyata keçirilir.
  • Şura həyata keçirəcək tədbirlər üçün layihə təklifi ilə çıxış edir. Yalnız layihə təklifi bəyənildikdən sonra onun maliyyələşdirilməsi partiya rəhbərliyi tərəfindən həyata keçirilir.
  • Şuranın üzvlərinin maraqlarını nəzərə alaraq, müxtəlif sahələr üzrə proqramlar hazırlayır, dövlət orqanları, qeyri-hükumət təşkilatları, beynəlxalq Şuralar və donorlar, siyasi partiyalarla əlaqəli və ya müstəqil formada həyata keçirir.

8. Şuranın fəaliyyətinə xitam verilməsi

  • Şuranın fəaliyyətinə, yenidən təşkili və ya ləğv edilməsinə DADP İH-nin müvafiq qərarı qərarı ilə xitam verilir.
  • Şuranın fəaliyyətinə xitam verilməsi mövcud əsasnamədə nəzərdə tutulmuş qaydada həyata keçirilir

9. Yekun müddəalar

  • Bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər DDP-nin nizamnaməsi əsasında tənzimlənir.
  • Gələcəkdə bu Əsasnamənin müddəaları partiya nizamnaməsi ilə ziddiyət təşkil edərsə, nizamnamənin müddəaları tətbiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir