Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

1.Ümumi müddəalar

  • Demokratik Azərbaycan Dünyası Partiyası ( bundan sonra «DADP» və ya «partiya» ) yanında müşavirlik institutu ( bundan sonra – İnstitut ) partiya Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun sahələrdə ( bundan sonra – müvafiq sahədə ) partiya siyasətini və tənzimləməsini həyata keçirir.
    • İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, DADP-nin Nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.
    • İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yüerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, diplomatik-siyasi institutlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
    • İnstitut müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə,müvafiq ştamplara və blanklara malik olan DADP yanında və onun rəhbərliyinə tabeçilik əsasında fəaliyyət göstərir.
    • İnstitutun saxlanma xərcləri və fəaliyyəti DADP büdcəsi və mövcud Əsasnaməyə zidd olmayan digər mənbələr hesabına maliyyələşir.
    • İnstitut Bakı şəhərində yerləşir.

2. DADP YANINDA MÜŞAVİRLİK İNSTİTUNUN ƏSAS FUNKSİYALARI

İnstitutun əsas funksiyaları aşağıdakılardır :

  • Müvafiq sahələrdə vahid DADp siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsində müvafiq sahələr üzrə müşavirlərin fəaliyyətini həyata keçirmək.
  • Qanunverciliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3.MÜŞAVİRLİK İNSTİTUNUN VƏZİFƏLƏRİ

  •  İnstitut bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə və DADP prinsiplərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir :
    • DADP sədri və partiya rəhbərliyinin təşkilatı fəaliyyəti işinin istiqamətləndirilməsi və həyata keçirilməsinin təmin etmək ;
    • Partiya sədri və rəhbərliyinin səlahiyyətinə aid olan tədbirlərin planlaşdırılması və həyata keçirilməsi işini təşkil etmək ;
    • Partiya sədrinin, onun birinci müavinin və digər rəhbər şəxslərin tabeliyində olan struktur və təşkilatlarla aparılacaq işin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə hazırlanmış tədbirlər planının DADP İH-nin müzakirəsinə təqdim etmək ;
    • Partiya rəhbərliyinin ünvanına daxil olan sənədlərin və məlumatların müvafiq qaydada nalitik təhlilinin aparılması işini təşkil etmək ;
    • Bu Əsasnamədə əks olunan dövlət strukturları, hakimiyyət orqanları, siyasi partiyalar, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarına müvafiq məsələlər üzrə zəruri hallarda müraciətlərin, bəyanatların, təbriklərin və digər müvafiq sənədlərin hazırlanması işinin təşkili ;
    • Partiya rəhbərliyinin müvafiq partiya strukturlarına verilən tapşırıqların həyata keçirilməsi işini daim nəzərdə saxlamaq və yerinə yetirilən işlərin analitik təhlilini apararaq, partiya rəhbərliyini və İH-ni məlumatlandırmaq ;
    • Partiya sədrinin və rəhbərliyinin xüsusi tapşırıqlarını icra etmək ;
    • Partiya rəhbərliyinin mütəmadi olaraq, zəruri hallarda mətbuat konfranslarının, brifinqlərin, müsahibələrin, birbaşa radio vəteleviziya efirlərindən müraciətlərin, partiya sədrinin digər kütləvi-informasiya vasitələri ilə görüşlərinin və qarşılıqlı əlaqələrin yaradılması işini təşkil etmək ;
    • Partiya sədrinin lazımi çıxışlarını hazırlamaq ;
    •  Partiya sədrini fəaliyyəini əks etdirən və ona həsr olunmuş müvafiq nəşriyyat, audio, video və fotomateriallarınzəruri hallarda kütləvi informasiya vasitələrində yayımlanması və hazırlanması işini təşkil etmək ;
    •  Partiya daxilində siyasi, milli, etnik və dini məsələlərlə bağlı analitik-məlumat xarakterli araşdırmaların aparılması zərurəti yarandıqda, həmçinin bu aspektdə yaranmış problemin dərhal həll edilməsi üçün xüsusi ekspertlərin köməyilə layihələr hazırlayıb, partiya sədrinin  baxışına təqdim etmək ;
    •  Zəruri hallarda partiyanın dini qurumlarla əlaqəsini yaratmaq üçün əlaqələndirici-koordinator fəaliyyətini göstərmək.

4. MÜŞAVİRLİK İNSTİTUNUN HÜQUQLARI

  • İstitut öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlaramalikdir :
    • Müvafiq sahəyə aid olan qanunvericilik aktlarının hazırlanmasında iştirak etmək ;
    • Müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetməorqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar ( sənədlər ) barədə sorğu vermək və onlardan belə məlumatları ( sənədləri )almaq ;
    • Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ( qurumları ), institutları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək ;
    • Partiya daxilində müvafiq normativ sənədlərin hazırlanmasında və qərarların həyata keçirilməsi proseslərində iştirak etmək ;
    • Müşavirlərin fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək ;
    • Müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlərin görmək ;
    • Müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək ;
    • Qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək ;
    • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanuinvericiliklə nəzərdə tutumuş digər hüquqları həyata keçirmək .

5. İNSTİTUN FƏALİYYƏTİNİN TƏŞKİLİ

  • İnstitutun aparatı və onun strukturuna daxil olan müşavirlərin müvafiq bölmələri institutun vahid sistemini təşkil edir. İnstitut öz fəaliyyətini bilavasitə və bu müşavirlərin tənsil etdikləri müvafiq bölmələr vaitəsilə həyata keçirir.
  • Institutun işçilərinin ümumi say tərkibi DADP İH tərəfindəm və ya DADP sədri tərəfindən müəyyən edilir. İnstitutun strukturu DADP İH və ya DADp sədri tərəfindən müəyyən edilir.
  • İnstitutun fəaliyyətini DADP İH tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs – onun rəhbəri təşkil edir. İnstitutun rəhbəri instituta həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
  • İnstitutun rəhbərinin DADP sədri tərəfindən və ya DADP sədrinin tapşırığı ilə vəziifəyə təyin və vəzifədən azad edilən müavini ( müavinləri ) vardır. İnstitutun rəhbərinin müavini ona İnstitutun rəhbəri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
  • İnstitutun rəhbəri :
    • İnstitutun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir ;
    • İnstitutun mərkəzi aparatının struktur bölmələrinin və struktutuna daxil olan qurumların əsasnamələri ilə tanış olur ;
    • Müəyyən edlimiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İnstitutun müşavirliklərinin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində olan xərclər smetasını təsdiq edir ;
    • İnstitutun işçilərini və müşavirlərini vəzifəyə təyin və vəzifədən azad ediməsi üçün DADP rəhbərliyi qarşısında məsələ qaldırır və onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür ;
    • DADP İH-ti və DADP sədrinin icazəsi və razılığı ilə qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
    • İnstitutu təmsil edir ;
  • İnstitutda rəhbər, onun müavinindən ( müavinlərindən ), İnstitutun müşavirlərindən ibarət şura yaradılır. İnstitutun müşavirlər şurasının tərkibinə həmçinin mütəxəssislər və alimlər daxil edilə bilər.
    • İnstitutun şurasının üzvlərinin  sayı və tərkibi DADP İH tərəfindən təsdiq edilir.
    • İnstitutun müşavirlər şurası öz iclaslarında İnstitutun fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
  • Müşavirlər şurasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müşavirlər şurasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müşavirlər şurasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, institut rəhbərinin səsi həlledici hesab edilir.
  • İnstitutun müşavirlər şurasının qərarları protokolla rəsmiləşdirilir və İnstitutun rəhbəri tərəfindən təsdiq edilir.
  • İnstitutun müşavirlər şurasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda İnstitutun rəhbəri bu barədə bu Əsasnaməyə əsasən müvafiq olaraq DADP İH-nə və ya DADP sədrinə məlumat verərək öz qərarını həyata keçirir. Müşavirlər şurasının üzvləri şəxsi fikirlərini bu Əsasnaməyə görə müvafiq olaraq DADP İH-nə və ya DADP sədrinə çatdıra bilərlər.
  • İnstitutun müşavirlər şurasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının, institutların və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir