Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

1.Ümumi müddəalar

  • İctimai nəzarət İnstitutu DADP nizamnaməsinin 10-cu bölməsinin 60-cı maddəsinəvə siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanununa əsasən yaradılır. Öz fəaliyyətində sədr aparatına və İH-ə tabedir.
    • İNİ-nin strukturu və ştat cədvəli DADP-in sədri tərəfindən təsdiq edilir.
    • İNİ-nin fəaliyyət dairəsi olduqca geniş və çoxşaxəlidir.
    • İNİ öz fəaliyyətində DADP-in İH-nin qərarlarını, sədrin əmr və sərəncamlarını və mövcud əsasnaməni rəhbər tutur.

2. İNİ-nun funksiyası

  • İNİ məqsəd və vəzifələrini müəyyən edir, özünün fəaliyyət proqramını hazırlayır.
  • Məqsəd və vəzifələrə nail olmaq üçün İNİ-nin şöbələrinin  işini istiqamətləndirir.
  • Partiya daxili ictimai nəzarət qurumlarının işinin təşkilinə, əlaqələndirilməsinə və nizamlanmasına lazimi köməklik göstərir.
  • İctimai nəzarət sahəsində idarəetmənin ən optimal yollarını, forma və metodlarını, üsul və vasitələrini işləyib hazırlayır.

3. İNİ-nun əsas məqsəd və vəzifələri

  • İNİ əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına hər bir vətəndaş tərəfindən əməl olunması, vətəndaş cəmiyyəti qyruculuğu, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və ölkənin avropaya inteqrasyası proseslərində ictimai nəzarət mexanizimlərinin köməyi ilə fəal iştirak edən partiya qururmudur.
  • İNİ öz fəaliyyətini DADP-nin proqram və Nizamnaməsi, öz Əsasnaməsi, Azərbaycan Respublikasının Konstitusiyası, qüvvədə olan qanunvericilik aktları, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr, konversiyalar, sazişləri əsasında həyata keçirir.
  • İNİ-nun əsas vəzifəsi dövlət və milli mənafeləri, inzibati ərazilərin, vətəndaşların və ayrı-ayrı qrupların qanuni mənafelərini qanuni vasitə və üsullarla, əsasən ictimai nəzarət metodları, üsul və vəsaitləri ilə qorumaqdan ibarətdir.
  • İNİ bu vəzifəni həyata keçirmək üçün ölkənin hər yerində və hər bir sahədə aşkarlıq və şəffaflığın bərqərar olması işinə yardım edir, dövlət qurumları, QHT-lər, bələdiyələr, vətəndaşlar vasitəsilə əməkdaşlıq edir.
  • Vətəndaşların təklif və müraciətlərini, ərizə və şikayətlərini qəbul edir, onları araşdırır, qəraralar qəbul edir və onların müvafiq rəsmi qurumlarda tədbiqi üçün qanuni əsaslarla tədbirlər həyata keçirir.
  • Elmi, praktik konfransların, simpoziumların, seminar və diskussiyalrın təşkili, proqram, layihə və təkliflərlə çıxış etmək də İNİ-nun mühüm vəzifələrindəndir.

4. İctimai Nəzarət İnistitutunun hüquqları

İNİ aşağıdakı hüquqlara malikdir :

  • İctimai sektorun inkişafı, qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ-hüquqi aktların hazırlanmasına və təkminləşdirilməsinə dair təkliflər hazırlamaq ;
  • İNİ siyasətinə aid olan məslələrin həll edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, zəruri məlumat və arayışlar almaq ;
  • Milli Məclis tərərfindən qəbul olunan qanunların ictimai ekspertizasını həyata keçirmək ;
  • Səlahiyyətləri çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil etmək;
  • Məqsəd və vəzifələrdən irəli gələn məslələrin həlli üçün işçi qrup və komissiyalar yaratmaq ;
  • Qnunvericiliklə müəyyən olunmuş qaydada qurumlar təsis və çap məhsulları nəşr etmək ;
  • Partiyada İctimai Birlilklərin fəaliyyətini tənzimləyən qanunlara riayət olunmasına nəzarət etmək ;
  • Qanunvericiliklə qadağan olunmayan digər hüquqlardan istifadə etmək.

5. İNİ-nun fəaliyyət formaları

  • İNİ öz məqsədlərinə nail olmaq üçün sahələr üzrə komissiyalar təşkil edir və DADP sədrinin təsdiqinə verir.
  • Kmissiyalar qanunla müəyyən olunmuş müddətdə hüquqi faktları toplayır, daxil olmuş ərizə və şikayətlərin hərtərəfli, obyektiv və tam yoxlanmasını təmin edir, neqativ halların həqiqətən baş verdiyini təsdiq edən sübut və dəlilləri toplayıb, aşkar olunmuş hüquqi faktları akt və protokolla rəsmiləşdirir.
  • Neqativ hallar barədə toplanmış materialları tədbir görülməsi üçün müvafiq rəsmi qurumlara təqdim edir, hər bir işin icrasına nəzarət edir.
  • Partiyada profilaktik tədbirlər həyata keçirir.
  • KİV-də çıxış edir, cəmiyyətdə ictimai rəy formalaşdırır.

6. İNİ-nun fəaliyyətinin təşkili

  • DADP-nin nəznində İNİ-na DADP-nin sədri tərərfindən təsdiq edilmiş İNİ-nun direktoru rəhbərlik edir.
  • İNİ vətəndaş cəmiyyəti quruculuğu sahəsində beynəlxalq aləmdə qazanılmış təcrübəni ümumiləşdirmək əsasında təşkil olunur, qanunun aliliyi,vətəndaşların hüquq bərabərliyi, aşkarliq və şəffaflıq və s. kimi prinsipləri öz fəaliyyətində rəhbər tutur.
  • İctimai Nİ-nun rəhbəri :
    • İNİ-nun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir ;
    • iclaslara sədrlik edir və üzünün müvafiq bölmələrdən ( şöbələr, qruplar, komissiyalar ) ibarət aparatını yaradır ;
    • institutun ştat cədvəlinin, struktur bölmələrinin əsasnamələrinin, habelə aparatın iş planının hazırlanmasına rəhbərlik edir və bu sənədləri təsdiq edir;
    • İNİ-nun işçilərini DADP Nizamnaməsinə və bu Əsasnaməyə müvafiq olaraq vəzifəyə təyin, vəzifədən azad edilməsini DADP sədrinin təsdiqinə çıxarır. Həvəsləndirmə və intizam-tənbeh tədbirlərini həyata keçirir ;
    • İNİ-nun fəaliyyəti barədə DADP-nin İH-nə ildə bir dəfə hesabat verir ;
    • İNİ-nin maliyyə vasitələri və əmlakı barədə sərəncam verir.

7. İNİ-nun faəliyyətinin maliyyələşdirilməsi

  • İNİ-nun fəaliyyətinin maliyyələşdirilməsi DADP-nin rəhbərliyi altında onun büdcəsi hesabına həyata keçirilir.
  • İNİ  eyni zamanada digər maliyyə mənbələrindən istifadə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir