Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

1.Ümumi müddəalar

  • Demokratik Azərbaycan Dünyası Partiyasının ( bundan sonra «DADP» ) mərkəzi icariyyə komitəsi ( bundan sonra « Komitə» ) gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq, onların cəmiyyətin siyasi-ictimai həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının səmərəli təşkilini, maraq və meyllərini, intelektual inkişaflarını təmin etmək, habelə cəmiyyətdə gənclər arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir
    • Komitə  öz faəliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və DADP nizamnamələrinə və bu əsasnaməni rəhbər tutur.
    • Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
    • Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamda olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blankalara malik olan DADP rəhbərliyi altında fəaliyyət göstərir.
    • Komitənin saxlanma xərcləri və fəaliyyəti DADP büdcəsi və mövcud Əsasnaməyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
    • Komitə Bakı şəhərində yerləşir.

2. KOMİTƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • müvafiq sahədə vahid DADP siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir ;
  • müvafiq sahənin inkişafını təmin edir ;
  • qanunvericiliklə müəyyən edimiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. KOMİTƏNİN VƏZİFƏLƏRİ

Komitə bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir :

  • müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək ;
  • DADP proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək ;
  • digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək ;
  • Azərbaycan respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək ;
  • müvafiq sahədə partiya nəzarətini həyata keçirmək ;
  • qanunvericiliklə nəzərdə tutulan hallarda və qayda müvafiq fəaliyyət növlərinə xüsusi razılıq ( lisenziya ) və ya xüsusi icazə, habelə müəyyənedici sənədlər vermək ;
  • öz səlahiyyətləri daxilində partiya üzvlərinin hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq ;
  • müvafiq sahədə təlabatın ödənilməsini təmin etmək ;
  • qabaqcıl beynəlxaq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki naliyyətlərin tətbiq edillməsini təmin etmək ;
  • müvafiq sahəyə ayrılan partiya büdcə vəsaitləri, kreditlər, qrantalr və digər maliyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək ;
  • qanunvericiliyə uyğun olaraq partiya sirrinin  və məxvilik rejminin  qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək ;
  • öz fəalyyəti haqqında DADP rəhbərliyi və partiya üzvlərinin məlumatlandırılmasını təmin etmək ;
  • müvafiq sahədə kadr hazırlığını təmin etmək ;
  • Partiyanın strukturunun və fəaliyyətinin təkminləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək ;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qannunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

4. KOMİTƏNİN HÜQUQLARI

Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir :

  • müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək ;
  • müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək
  • Müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə komitələrinə, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar ( sənədlər ) barədə sorğu vermək və onlardan belə məlumatları ( sənədləri ) almaq ;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət komitələri ( qurumları ) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
  • fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatla aparmaq, təkliflər vermək ;
  • müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək ;
  • müstəqil ekspert və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada və partiya nizamnaməsinə uyğun fəaliyyətinə cəlb etmək ;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək ;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq nizamnamədə və əsasnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək ;

5. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

Komitənin mərkəzi aparatı və onun strukturuna daxil olan yerli və digər qurumlar Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

  • Komitənin işçilərinin ümumi say tərkibi DADP İH tərəfindən və ya DADP sədri tərəfindən müəyyən edilir. Komitənin strukturu DADP İH  və ya DADP sədri tərəfindən müəyyən edilir.
  • Komitənin fəaliyyətinə DADP İH  tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs – katib rəhbərlik edir. Komitə katibi Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
  • Komitənin katibinin DADP sədri tərəfindən və ya DADP sədrinin tapşırığı ilə vəzifəyə təyin və vəzifədən azad edilən müavini ( müavinləri ) vardır.
  • Komitə katibinin müavini ona Komitənin rəhbəri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
  • Komitənin rəhbəri :
    • Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir ;
    • Komitənin mərkəzi aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumlarının əsasnamələrini tədiq edir ;
    • müyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir ;
    • Komitənin mərkəzi aparatının işlərini, yeri və digər qurumlarının rəhbərlərini və ya həmin qurumların rəhbərləri ilə yanaşı, həmçinin digər işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi üçün DADP rəhbərliyi qarşısında məsələ qaldırır və onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür ;
    • DADP İH – ti və DADP sədrinin icazəsi və razılığı ilə qanunvriciliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir ( imzalayır ), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir ;
    • Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edilməsi haqda DADP İH – ti qarşısında vəsatət qaldırır ;
    • Komitəni təmsil edir ;
  • Komitədə komitə katibi onun müavinindən (müavinlərindən ), Komitənin rəhbər işçilərindən ibarət büro yaradılır. Komitənin bürosunun tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
  • Komitənin bürosu öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məslələri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
  • Komitənin bürosunun iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin bürosunun qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin bürosunun qərarı qəbul edilərkən səslər bərabər olarsa, komitə katibinin səsi həlledici hesab edilir.
  • Komitənin bürosunun qərarları protokolla rəsmiləşdirilir və Komitənin rəhbəri tərəfindən təsdiq edilir.
  • Komitənin bürosunun üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Komitənin rəhbəri bu barədə  bu Əsasnamənin 16-cı bəndinə əsasən müvafiq olaraq DADP İH – nə və ya DADP sədrinə çatdıra bilərlər .
  • Komitənin büro iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların    rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər .
  • Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl siyasi təcrübənin öyrənilməsi və həyat keçirilməsi üçün komitədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnamə komitə rəhbəri tərəfindən təsdiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir