Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

1.Ümumi müddəalar

  • Demokratik Azərbaycan Dünyası Partiyasının ( bundan sonra «DADP» və ya «partiya» ) İqtisadi Şurası ( bundan sonra «Şura» ) Azərbaycan Respublikası və DADP-nin iqtisadi siyasətini, iqtisadi və sosial proqnozların işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təsviri, daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa partiya yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində partiya siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi iqtisadi şuradır.
    • Şura öz fəaliyyətinə Azərbaycan Respublikasının Konustitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, DADP Nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.
    • Şura bu Əsasnamədə nəzərdə tutulan vəzifələrin və hüquqların həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi, yerli icra hakimiyyəti və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərir.
    • Şura öz işini müstəqil balansa, qanunvericiliyə müvafiq olaraq sərəncamda olan partiya əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının partiya gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blankalar malik olan DADP rəhbərliyi altında aparır.
    • Şuranın fəaliyyətinin müəyyənləşdirilməsi DADP-nin partiya büdcəsi və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

2. Şuranın fəaliyyət istiqaməti

  • Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır :
    • DADP-nin iqtisadi və sosial-siyasəti sahəsində, o cümlədən ayrı-ayrı sahələr üzrə partiya siyasətini işləyib hazırlayır və hayata keçirilməsini aidiyyətı partiya orqanlarının , digər təsisatların iştirakı ilə təmin edir;
    • DADP-nin  iqtisadi və sosial-siyasət proqnozlarını işləyib hazırlayır;
    • makroiqtisadi proqnozlaşdırılmasını təqdim edir, partiya büdcəsinin xərclərinin iqtisadi əsaslandırılmasında iştirak edir;
    • partiya məslələrində struktur və innvasiya siyasətini işləyib hazırlayır və adiyyəti partiya orqanları ilə birgə təqim edir ;
    • Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və sahibkarlığa kömək sahəsində partiya siyasətinə dair təkliflərini işləyib hazırlayır və təqdim edir ;
    • ölkədə rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində partiya siyasətini işləyib hazırlayır və təqdim edir ;
    • daxili ticarət, istehlak bazarı və xidmət sahəsində partiya siyasətinə dair yeni təkliflər hazırlayır və təqdim edir, ölkədə əmtəə (mal) dövriyyəsi sisteminin səmərəli fəaliyyətinə dair təkliflər verir;
    • ölkədə regionların sosial-iqtisadi inkişafını təmin edən tədbirlərə dair öz təkliflərini müvafiq partiya orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir ;
    • iqtisadi inkişaf partiya orqanlarını və konsepsiyalarını, o cümlədən öncül sahələrin inkişafı üzrə partiya proqramlarını və konsepsiyalarını hazırlayır, aidiyyəti partiya orqanlarının, digər təsisatların iştirakı ilə təqdim edir, habelə onların nəzarəti (monitorinqi) təqdim edir;
    • DADP-nin xarici iqtisadi və ticarət əlaqələri sahəsində partiya siyasətini hazırlayır və təqdim edir, beynəlxalq maliyyə (maliyyə-kredit) və iqtisadi (ticarət) təşkilatlarla əməkdaşlığı təqdim edir;
    • partiyanın təhlükəsizliyi və davamlı inkişafı, iqtisadi maraqlarının qorunması sahəsində tədbirlərin hazırlanmasını və müəyyən edilmiş qaydada həyata keçirilməsini təmin edir ;
    • iqtisadiyyatın ayrı-ayrı sahələrinin  inkişafı, xarii iqtisadei və ticarət əlaqələri, daxili ticarət, əmtəə (mal) dövriyyəsi, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması və istehlak mallarının ( məhsullarinin ) keyfiyyətinin təmin olunması sahəsində qanunvericliklə və bu Əsasnamə ilə Şuranın fəaliyyət dairəsinə aid edilmiş digər məslələr üzrə normativ hüquqi tənzimləməni təqdim edir;
    • DADP-nin  iqtisadi fəaliyyət istiqamətləri  üzrə sahəvi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir ;
    •  Azərbaycan Respublkasının, DADP Nizamnaməsi və bu Əsasnamədə qanunvericiliyi ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Şuranın vəzifələri

  • Şura bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri daşıyır :
    • DADP-nin iqtisadi və sosial məsələlər ilə bağlı inkişaf istiqamətlərini işləyib hazırlamaq, aidiyyəti partiya orqanlarının iştirakı ilə onların həyata keçirilməsini təmin etmək ;
    • müvafiq partiya orqanları ilə birlikdə partiyanın iqtisadi vəziyyətinin yaxşılaşması ilə bağlı təkliflərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək, büdcə, vergi, pul-kredit, valyuta və digər iqtisadi və sosial sahələr üzrə porioritetlərin müəyyənləşdirilməsində iştirak etmək ;
    • DADP-də sosial-iqisadi vəziyyəti təhlil etmək, iqtisadiyyatın partiya tənzimlənməsi, iqtisadi və sosial inkişafın öncül istiqamətləri barədə təkliflər hazırlamaq və aidiyyəti partiya orqanlarına təqdim etmək ;
    • iqtisadi vəziyyətin inkişaf dinamikasını təhlil etmək, prpqnozlaşdırmaq və prespektiv istiqamətlərin müəyyənləşdirilməsi ;
    • partiya iqtisadi məsələlərin həlli üçün struktur siyasətinin əsas istiqamətlərini hazırlamaq, onun həyata keçrilməsi işini təşkil etmək ;
    • partiyanın innovasiya və elmi-texniki məsələlərinin formalaşmasını təmin etmək ;
    • partiya büdcəsi hesabına pul vəsaiti qoyuluşnu istiqamətlərini müəyyənləşdirmək, partiya proqramının layihəsini hazırlamaq və DADP İH tərəfindən təsdiq olunduqdan sonra onun həyata keçirilməsi üçün tədbirlərin görülməsini təmin etmək ;
    • digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə minimal sosial standartların hazırlanmasında iştirak etmək ;
    • əmək ehtiyatları və məşğulluq sahəsində əsas istiqamətləri aidiyyəti partiya orqanları ilə birlikdə müəyyənləşdirmək və həyata keçiilməsi üçün zəruri olan tədbirlər görmək ;
    • Azərbaycan Respublikasında əsas fondların tənzimlənməsi siyasətinin hazırlanmasında və yenidən qiymətləndirilməsində, amortizasiya normalarının  hazırlanmasında və tədbiq edilməsində iştirak etmək ;
    • Azərbaycan Respublikasının iqtisadi və ərzaq təhlükəsizliyi ilə bağlı aidiyyəti partiya siyasəti çərçivəsində təkliflər hazırlamaq və təqim etmək ;
    • Azərbaycan Respublikasında daxili bazarın qorunması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək üçün təkliflər vermək ;
    • ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə rüsumların və vergilərin, digər məcburi ödənişlərin dərcləri ilə bağlı ( o cümldən ticarətdə ) təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək ;
    • təbii, o cümlədən enerji resurslarından səmərəli istifadə mexanizminin işlənib hazrlanmasında, Azərbaycan Respublikasının yanacaq-enerji balansının hazıralanmasında və onun strukturunun təkminlənşdirilməsinə dair təkliflər vermək ;
    • iqtisadiyyatın ayrı-ayrı sahələrinə maliyyə yardımlarının cəlb edilməsi üçün səlahiyyətləri daxilində tədbirlər görmək ;
    • sahibkarlığa partiya yardımının əsas istiqamətlərinin, ümumi şərtlərinin, formalarının və mexanizimlərinin hazırlanmasına dair təkliflər vermək ;
    • sahibkarlığa yardım təkliflərinin maliyyələşdirilməsi üçün partiya büdcəsi vəsaitlərinin və xrici kreditlər ( qrantlar və digər maliyyə vəsaitləri ), yerli və xarici hüquqi və fiziki şəxslərin könüllü ayırmalarının cəlb edilməsi üçün tədbirlər həyata keçirmək ;
    • sahibkarlığn inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlğı həyata keçirmək ;
    • partiya orqanlarından və bələdiyyələrdən, digər şəxslərdən sahibkarların və estehlakçıların hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran hərəkətlərin dayandırılmasını tələb etmək ;
    • iqtisadi şuranın fəaliyyəti haqqında DADP üzvlərinin məlumatlandırılmasını təmin etmək ;
    • müvafiq sahədə kadr hazırlığını təmin etmək ;
    • Şuranın strukturunun və fəaliyyətinin təkminləşdirilməsi istiqamətində öz səalhiyyətləri daxilində tədbirlər görmək ;
    • Şuranın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmnaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək ;
    • Qanunvericiliyə müvafiq olaraq digər vəzifələri həyata keçirmək.

4. Şuranın hüquqları

  • Şura öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir :
    • Şuanın fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada zəruri məlumatlar( sənədlər ) və arayışlar sorğu etmək və almaq ;
    • Şuranın fəaliyyət istiqamətlərinə daxil olan məsələlər üzrə layihələr hazırlamaq, ekspertizalar keçirmək, rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq ;
    • tabeliyində olan qrumlar tərəfindən onların fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə vəsaitinin istifadəsinə nəzarəti həyata keçirmək və lazim olan tədbirlər görmək ;
    • DADP Nizamnaməsinə və bu Əsasnaməyə müvafiq olaraq səlahiyyətlərinə aid edilmiş məslələrin işlənib hazırlanması və yerinə yetirilməsi üçün xarici və yerli ekspertləri və məsləhətçiləri( mütəxəssisləri ), məsləhətçi şirkətləri, elmi təşkilatları cəlb tmək, onlarla müqavilələr bağlamaq ;
    • fəaliyyət sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
    • Nizamnaməyə və bu Əsasnaməyə müvafiq olaraq Şuranın fəaliyyət istiqamətləri, vəzifə və səlahiyyətləri daxilindəmüəyyən olunmuş qaydada fəaliyyət dairəsinə aid olan bütün sahələr üzrə normativ hüquqi aktlat hazırlamaq və qəbul ( təsdiq ) etmək, onların icrasını təşkil etmək və yerinə yetirilməsinə nəzarət etmək ;
    • xarici iqtisadi və ticarət əlaqələrini həyata keçirmək və bunlarla əlaqədarlazım olan tədbirlər görmək ;
    • partiya adından məhkəmələrdə (arbitrajlarda) çıxış etmək ;
    • beynəlxalq məkdaşlığı həyata keçirmək, xarici ölkələrin partiya orqanları və digər qanunları ilə, beynəlxaq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, birbaşa danışıqlar aparmaq və danışıqların aparılmasında iştirak etmək, beynəlxaq müqavilələrin ( sazişlərin, kontraktların ) layihələrini hazırlamaq və hazırlanmasında iştirak etmək, müəyyən edilmiş qaydada onları imzalamaq;
    • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxaql müqavilələrini (sazişlərin, konvenisayların) öyrənmək;
    • Nizamnamədə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək xüsusi bülletenlər və digər nəşrlər buraxmaq ;
    • Şuranın strukturuna daxil olan bütün qrumlara səlahiyyətləri daxilində əmr və göstərişlər vermək, onların icrasına nəzarət etmək, qanunvericiliyə zidd qəbul edilmiş qərarların icrasını dayandırmaq və ya ləğvetmək ;
    • məşvərət, məsləhət və digər orqanlar, o cümlədən idarələrarası orqanlar yaratmaq;
    • fəaliyyət dairəsinə aid edilən məsələlər üzrə konqres, müşavirə, sərgi və digər tədbirlər keçirmək ;
    • DADP Nizamnaməsində və bu Əsasnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Şuranın fəaliyyətinin təşkili

  • Şuranın mərkəzi aparatı, Şuranın tabeliyində olan müvafiq komissiyalar və regional bölmələri Şuranın vahid sistemini təşkil edir.
    • Şura öz fəaliyyətini bilavasitə və onun tabeliyində olan bu Əsasnamənin 5.1-ci bəndində göstərilən qurumlar vasitəsilə həyata keçirir.
    • Şuranın strukturu və işçilərinin ümumi say həddi DADP-nin İH tərəfindən müəyyən edilir.
    • Şuranın fəaliyyətinə DADP-nin İH tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən, Şuraya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan sədr rəhbərlik edir.
    • İqtisadi Şuranın sədrinin DADP-nin İH tərəfindən təyin olunan və azad olunan üç müavini vardır.
    • Sədrin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
    • Şuranın yanında yaradılmış və onun tabeliyində olan xidmət komissiyaları onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyalarının həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar və öz səalhiyyətləri daxilində müstəqil sərəncam vermək hüququna malikdirlər.
  • İqtisadi Şura sədri aşağıdakı səlahiyyətlərə malikdir :
    • Şuranın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir ;
    • Əməyin ödənməsi fondu və işçilərin say həddi daxilidə Şuranın mərkəzi aparatının və tabeliyində olan partiya xidmətlərinin, fondun və digər qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir ;
    • Şuranın tabeliyində olan partiya xidmətlərinin və fondun büdcə vəsaitinin təlabatına dair təkliflər hazırlayır və aidiyyəti üzrə partiya İH-ə təqdim edir ;
    • Şuranın mərkəzi aparatının, onun bölmələrinin və tabeliyində olan qurumların Əsanamə və Nizamnaməlrini təsdiq edir;
    • Şuranın mərkəzinin tabeliyində ( yanında ) olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə normativ hüquqi aktları imzalayır ( təsdiq edir ), onların icrasını təşkil edir və yoxlayır ;
  • Şura tərkibi öz iclaslarında Şuranın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir .
  • Şuranın tərkibinin iclasları Şura üzvlərini yarıdan çoxu iştirak etdikdə səalhiyyətlidir. Şuranın tərkibinin qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
  • Şura iclaslarının qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, sədrin əmrləri ilə həyata keçirirlir.
  • Şuranın üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Şuranın rəhbəri bu barədə DADP İH-ə məlumat verərək öz qərarını həyata keçirir. Şuranın üzvləri şəxsi fikirlərini DADP İH-ə çatdıra bilər.
  • Zəruri hallarda Şura iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlər bilavasitə əlaqəli olan icra hakimiyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkliatların nümayəndələri, mütəxəssislər dəvət edilə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir