Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Fəsil 1. Ümumi müddəalar

Bu konsepsiya Demokratik Azərbaycan Dünyası Partiyasının ( bundan sonra «DADP» və ya «partiya» ) üzvləri üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Maddə 1. Konsepsiyanın əhatə dairəsi

  • Bu qaydalar DADp üzvü  olan bütün şəxslərə şamil edilir.
    • Hər bir DADP üzvü konsepsiyanın aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu konsepsiyanın müddəalarına əməl etməyə borcludur.

Maddə 2. Konsepsiyanın məqsədlər

  • Bu konsepsiyanın məqsədləri aşağıdakılardan ibarətdir:
    • DADp-nin və partiyalılığın nüfuzunun artırılması, vətəndaşların partiya və onun üzvlərinə etimadının yüksəldilməsi ;
    • DADP-nin və onun üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması ;
    • DADP-də neqativliyin və partiya üzvlərinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması ;
    • Partiya üzvləri tərərfindən etik davranış qaydadalarına əməl olunmasınının təmin edilməsi ;
    • Partiya üzvlərindən gözlənilən davranış barədə partiyanın məlumatlandırılması .

Maddə 3. Xdməti davranışın hüquqi taənzimlənməsi

3.1. Partiya üzvünün xidməti davranışı partiya nizamnaməsiylə ona veriliş hüquqların həyata keçirilməsi və vəzifəlrinin yerinə yetirilməsi əlaqədar fəaliyyətidir.

3.2.  Partiya üzvünün xidməti davranışı Nizamnaməyə, bu Konsepsiyaya və digər normativ hüquqi aktlarauyğun olaraq tənzimlənir.

3.3. Bu konsepsiya ilə müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquqi aktlar da bu konsepsiya müddəalarına zidd olmamalıdır.

Fəsil 2. Etik davranış qaydaları

Maddə 4. Vicdanlı davranış

4.1. Şəxsin, cəmiyyətin və partiyanın, dövlətin maraqları naminə partiya üzvləri öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur.

4.2. Hər bir DADP üzvü bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Maddə 5. Siyasi, peşəkarlıq və fərdi məauliyyətin artırılması

5.1. Hər bir DADP üzvü öz fəaliyyətini Partiya Nizamnaməsi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.

5.2. Partiya üzvü, DADP üzvü etik davranışı və öz siyasi peşəkar fəaliyyəti ilə partiya və onun rəhbərliyinə əhalinin inamını artırmalı və möhkəmləndirməlidir.

Maddə 6. Loyallıq

6.1. Partiya üzvü onun xidməti vəzifəsinə aid olmadığı hallarda, partiyanın və onun rəhbərlərinin fəaliyyəti ilə əlaqədar ( qanunsuz fəaliyyət istisna olmaqla ) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qaydapartiya üzvünün elmi-siyasi fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

6.2. Partiya üzvü dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə partiyanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

6.3. Partiya üzvü partiya dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.

6.4. Partiya üzvü qanunvericilikdə partiyanın fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

Maddə 7. İctimai etimad

7.1. Hər bir DADP-çi Azərbaycan Respublikasının ,DADP-ni və onun rəhbərliyinin nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

7.2. Partiya üzvü etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

7.3. Partiya üzvü partiyanın və onların rəhbər şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin Konsepsiya ilə müəyyən edilmiş hallarda və qaydada doğru ( dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

Maddə 8. Partiya üzvləri insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf,, ləyaqətinə, siyasi fəaliyyətinə və işgüzar nüfuzuna hörmət etməyə borcludur.

                                                                                                                                           8.1. Partiya üzvünün fəaliyyəti insanlaın hüquq, demokratiya, azadlıq və qanun maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir.

8.2. Partiya üzvü siyasi həmfikirlərinin və digərlərinin hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, partiya üzvü xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığına təmin etməlidir.

8.4. Partiya üzvü hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar üfuzunu ləkələyə biləcək hərəkətərə ( və ya hərəkətsizliyə ) yol verməməlidir.

Maddə 9. Mədəni davranış

Partiya üzvü bütün şəxslərə, siyasi həmkarlarına, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.

Maddə 10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi

10.1. Hər bir DADP üzvü birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

10.2. Partiya üzvü birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın nizamnaməyə və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq olmasın abaxmayaraq, partiya üzvü onların nizamnaməyə, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

Maddə 11. Qərəzsizlik

11.1. Partiya üzvü xidmət vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dini mənsubiyyətinə, əqidəsinə, siyasi-ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə, hər hansı şəxsin və ya şəxslər qrupunun  üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verilməməlidir.

11.2. Partiya üzvü xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi mənsubiyyətinə sadiq qalmağa borcludur.

11.3. Partiya üzvü özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin  yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

Maddə 12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

12.1. DADP üzvlərinin qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərərkətlər ( hərəkətsizlik ) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

12.2. Partiya üzvü onun hərəkətlərinin ( hərəkətsziliyinin ) və ya qərarlarının maddi və qeyr-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

12.3. DDAP nizamnaməsində müəyyən olunmuş qaydad şəxslərə əvəzsiz xidmət ( xidmətlər ) göstərən partiya üzvü həmin xidmətə ( xidmətlərə ) görə hər hansı haqq tələb edə bilməz.

12.4. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində siravi üzvlərə xidmət ( xidmətlər ) göstərən partiya üzvü nəzərdə tutulan məbləğdən artıq ödəniş tələb edə bilməz.

Maddə 13. Korrupsiyanın qarşısının alınması

13.1.  Partiya üzvünə qanunsuz maddi və ya qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda. Imtina etməlidir. Maddi və ya qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər partiya üzvünə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və ya qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər partiya üzvünün tabe olduğu orqanına akt üzrə təhvil verilməlidir.

Maddə 14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

14.1. Partiya üzvü xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cürtəsi təəssuratı və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssuratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri « Korrupsiyaya qarşı mübarizə haqqında » qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil olunmur.

14.2. Partiya üzvü hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədi hallarda, bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Maddə 15. Maraqların toqquşmasının qarşısının alınması

15.1. Partiya üzvü qulluq etdiyidövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən və siyasi mənsubiyyətindən şəxsi maraqları üçün istifadə etməlidir.

15.2. Partiya üzvü xidmət vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, partiyaya qəbul olunduqda, habelə ondan sonrakı dövrdə həmin maraqların xarakteri barədə nəlumat verməyə borcludur.

15.3. Partiya üzvü maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericilklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

15.4. Partiya üzvü partiyaya qəbul edilərkən və partiyada hər hansı vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, karrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda, bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

Maddə 16. Əmlakdan istifadə

16.1. Partiya üzvü istifadəsində olan partiya əmlakından, maliyyə vəasitlərindən, rabitə, komputer və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

16.2. Partiya üzvünün dövlət əmlakından, maliyyə vəsaitlərindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin partiya üzvü tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

Maddə 16. Məlumatlardan istifadə

17.1. Partiya üzvü xidmət etdiyi partiyanın sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.

17.2. Partiya üzvü partiyada dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

17.3. Partiya üzvü xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

Maddə 18. İctimai və ya siyasi fəaliyyət

18.1. Partiya üzvü qanunvericiliklə müəyyən olunmuş qaydada siyasi fəaliyyətlə yanaşı, ictimai  fəaliyyət də göstərə bilər.

18.2. Partiya üzvü ictimai fəaliyyəti, yaxud ictimai birliyə mənsubiyyəti onun partiya vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

18.3. Partiya üzvü qulluq mövqeyindən istifadə edərək, digər partiya üzvlərini ictimai birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

18.4. Partiya üzvünün seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya başqa namizədlərin, digər siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

Fəsil 3. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

Maddə 19. Təminatlar sistemi

19.1. Partiya üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunması üçün :

19.1.1. Partiya üzvünün davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir ;

19.1.2. Partiya üzvünün, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş təbirlər görülür .

Maddə 20. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

20.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarət :

20.1.1. DADP-nin NTK-xidməti qaydad, NTK DADP-ə yuxarı orqan – tabeçilik əsasında;

20.1.2. DADP İH nizamnamə və bu konsepsiya əsasında müəyyənləşdirilmiş qaydada həyata keçirir.

Maddə 21. DADP NTK-si tərəfindən nəzarət

21.1. NTK  etik davranış qaydalarına əməl olunmasına nəzarət həmin institutun müvafiq qurumları həyata keçirir.

21.2. NTK rəhbəri :

21.2.1. tabeliyində olan partiya üzvlərinin xidməti davranışlarına bu konsepsiya ilə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır ;

21.2.2. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması mümunəsi göstərməlidir;

21.2.3. tabeliyində olan partiya üzvləri arasında onların tutduqları vəzifələrə uyğun olaraq  vəzifə bölgüsü aparmalıdır 4

21.2.4. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir ;

21.2.5. rəhbərlik etdiyi institutun struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir ;

21.2.6. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir ;

21.2.7. tabeliyində olan partiya üzvlərnin etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir ;

21.2.8. öz səlahiyyətləri çərçivəsində bu konsepsiya ilə müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi ( və ya normativ xarakterli ) aktları işləyib hazırlamalı və təsdiq etməlidir ;

21.2.9. etik davranış qaydalarını pozan partiya üzvlərinin intizam və partiya məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir ;

21.2.10. etik davranış qaydaları və bölmələr tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə partiya üzvlərinin məlumatlandırmaq üçün tədbirlər görməlidir ;

21.2.11. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə digər partiya üzvlərini və DADP rəhbərliyini məlumatlandırmalıdır ;

21.2.12. etik davranış qaydalarının pozulması nəticələrinin aradan qaldırılması, habelə partiyaya ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir ;

21.2.13. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

Maddə 22. Nəzarət orqanlarının səlahiyətləri

22.1. Nəzarət orqanı bu konsepsiya ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və bu konsepsiya tədbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı səlahiyyətləri həyata keçirir :

22.1.1. bu konsepsiya ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir ;

22.1.2. partiya üzvlərindən və digər şəxslərdən bu konsepsiya müddəalrının pozulması ilə bağlı şikayyətlər və məlumatlar qəbul edir ;

21.1.3. daxil olan şikayyətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir ;

21.1.4. partiya üzvlərinin etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür ;

21.1.5. partiya üzvlərinin etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib edir ;

21.1.6. partiya üzvlərinin etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq edir ;

21.1.7. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün DADP İH-nə göndərir ;

21.1.8. partiya üzvlərinin etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir ;

21.1.9. DADP Nizamnməsi, Əsasnaməsi və bu Konsepsiyada göstərilmiş digər səlahiyyətləri həyata keçirir.

22.2. Nəzarət orqanı etik davranış qaydalarının pozulması ilə əlaqədar partiya üzvünə qarşı aparılan intizam icraatını gedişinə hər hansı formada müdaxilə edə bilməz.

Maddə 23. Etik davranış qaydalarının pozulamsına görə məsuliyyət

23.1. Etik davranış qaydalarının pozulması partiya üzvünün intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

23.2. Partiya üzvünün partiya intizam məsuliyyətinə cəlb ediməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

23.3. Aşağıdakı hallarda partiya intizamı icraatına başlanıla bilər :

23.3.1. bu konsepsiyanın müddəalarının partiya üzvü tərəfindən pozulamsı barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatların verilməsi ;

23.3.2. kütləvi informasiya vasitələrində partiya üzvü tərəfindən DADP Nizamnamə və Konsepsiay müddəalarının pozulması və maraqların toqquşmasna yol verilməsi barədə məlumatın dərc edilməsi.

23.3. Partiya intizam icraatı zamanı partiya üzvləri tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş partiya sədri rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

23.4. DADP-nin nəzarət təftiş komissiyası etika komissiyasının bu konsepsiyası DADP  İdarə Heyəti tərəfindən qəbul edildikdən sonra qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir