Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

ƏSASNAMƏ

1. ÜMUMİ MÜDDƏALAR

  • Demokratik Azərbaycan Dünyası Partiyasının ( DADP ) bölgə komitəsi 3 və ya daha çox rayon ( şəhər ) təşkilatının olduğu bölgələrdə yaradılır.
    • Komitəyə sədr rəhbərlik edir. Sədr DADP sədrinin təqdimatı ilə partiyanın idarə heyətində ( İH ) baxılıb, təsdiq olunur və həmin qayda ilə də vəzifədən azad edilir.
    • Komitə sədri, DADP sədrinin bölgədəki şəxsi nümayəndəsi olmaqla, eyni zamanda da komitənin tərkibində fəaliyyət göstərən strukturlara rəhbərlik edir. O, öz fəaliyyətində şəxsən sədr qarşısında hesabatlıdır.
    • Komitənin strukturu və işçilərin sayı partiyanın mərkəzi aparatı – İH tərəfindən təsdiq olunmuş, ştat cədvəlinə əsasən müəyyən edilir.
    • Komitə sədri öz fəaliyyətində DADP – nin Məramnamə və Nizamnaməsini, dövrü qərar və sərəncamlarını və həmçinin hazırki əsasnaməni rəhbər tutaraq ona əsaslanır.

2. ƏSAS MƏQSƏDİ

  • Komitə, əhatəsində olan yerli təşkilatlarla mərkəzi aparat arasında əlaqələndirici rol oynamaqla, partiyanın yuxarı orqanlarının verdiyi qərar və sərəncamların yerlərdə operativ icrasını təmin edir.
    • Bölgə üzrə bütün ictimai-siyasi təşkilatların yerli şöbələri ilə əlaqlər qurur.
    • Bölgədə partiyanın kadr potensialından istifadənin səmərəliyini təmin edir.
    • Yerli təşkilatlarla birgə, ərazi üzrə təşkilatlanmanın aparılmasını və rəsmiləşdirilməsinin icrasını təmin edir.

3. VƏZİFƏSİ

  • Komitə üzvlərinin  dövri icralarını təşkil edir, gündəliyini müəyyənləşdirir və onu əvvəlcədən komitə üzvlərinə paylayır.
    • Cari ilin son rübündə növbəti il üçün, partiyanın təsdiq olunmuş ümumi iş planını rəhbər tutaraq, komitənin illik iş planını hazırlayır və təsdiq etmək üçün DADP sədrinə təqdim edir.
    • Komitə sədrinin müavinləri arasında vəzifə bölgüsü aparır və onların vəzifə funksiyalarımnı müəyyənləşdirir.
    • Rayon ( şəhər ) partiya təşkilatlarının fəaliyyətlərini istiqamətləndirməklə, onların mərkəzi aparatla əlaqələrini özündə saxlayır.
    • Komitə hər rüb üçün, rübdən sonrakı ayin 20 – dən gec olmayaraq, fəaliyyəti barədə partiyanın mərkəzi aparatına hesabat verir.
    • Bölgədəki yerli hakimiyyət orqanları ilə əlaqələr qurmaqla, bölgədədki problemlərlə bağlı təkliflər hazırlayıb, birgə müzakirələr aparır.
    • Mütəmadi olaraq DADP sədrini, bölgədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətlə bağlı məlumatlandırır.

4. HÜQUQU

  • Komitənin əhatəsində olan rayon ( şəhər ) təşkilatlarına partiyanın adından göstərişlər verir.
    • Bölgə üzrə rayon ( şəhər ) təşkilatları və komitə şöbələrinin iş fəaliyyətini öyrənib, DADP sədrini məlumatlandırır. Lazım gəldikdə məsələlərin komitə üzvlərinin müzakirəsinə çıxarılmasını təmin edir.
    • Yerli təşklatlardan lazımı sənədləri tələb edir və buraxılmış nöqsanlar barədə tədbirlər görür.
    • Komitə üzvlərinin yerinin dəyişdirilməsi ilə bağlı DADP sədri ilə məsləhətəşmələr aparır.
    • Komitənin mərkəzi aparatına rəhbərlik edir və ona göstərişlər verir.
    • Komitənin müstəqil hesabı və üzərində adı yazılmış firma blankı vardır.
    • Komitənin büdcəsini formalaşdıran maliyyə rəhbəri – partiyanın mərkəzi büdcəsindən ayırmalar, əhatəsində olan yerli təşkilatların üzvlük haqlarından ayırmalar, fiziki şəxlərdən daxil olan ianələr və və hüquqi şəxslərin əvəzsiz yardımları.
    • Komitə fəaliyyətə başladığı andan, yerləşdiyi ərazi üzrə lazımı dövlət orqanlarını məlumatlandırır.
    • Komitə yerləşdiyi ofisin bayır reklamı üçün, komitənin adı yazılmış tablodan, « Yolumuz haqq yoludur – Heydər Əliyev yoludur » sözləri yerləşdirilmış şüardan və partiyanın bayrağından istifadə edir ( eskiz əlavə olunur ) .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir