Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Əlisahib Vəli oğlu Hüseynov — Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri.

Əlisahib Hüseynov 1970-ci il fevralın 13-də Azərbaycan Respublikası Qubadlı rayonunun Xınalıq k kəndində anadan olub. 1987-ci ildə orta məktəbi bitirib.

1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1991-1992-ci illərdə Qubadlı rayon Xanlıq kəndi könüllü özünümüdafiə dəstəsində taqım komandirinin müavini vəzifəsini icra edib.

1992-1998-ci illərdə müxtəlif hərbi hissələrdə taqım komandrinin müavini, bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, hərbi hissənin baş təhqiqatçısı vəzifələrində çalışıb. 1998-ci ildə ehtiyatda olan zabit kimi ordudan tərxis edilib.

1996-2001-ci illərdə Bakı Dövlət Universitetinin tarix, 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2008-ci ildən Demokratik Azərbaycan Dünyası Partiyasına üzv qəbul edilib. 2009-cu ilin mart ayında partiya sədrinin müşaviri təyin edilib.

2010-cu ildə “Az i Ya film” MMC-ni təsis edib. Demokratik Azərbaycan Dünyası Partiyasının 2013-cü il 4 mart tarixində keçirilən Fövqəladə Qurultayında yekdilliklə sədr seçilib. Hal-hazırda Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Universitetinin həmtəsisçisidir.

Ailəlidir – 3 övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir