Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Demokratik Azərbaycan Dünyası Partiyası

İdeologiyasının əsasında demokratik cəmiyyət quruculuğuna nail olmaq durur. Proqramının da hədəfi demokratik, ədalətli sosial cəmiyyət quruculuğudur. Siyasi sistemdə mövqeyi mərkəzçidir. Partiya üzvlərinin sayı 133 280 nəfərdir. Partiyada 78 şəhər və rayon təşkilatı fəaliyyət göstərməkdədir. Partiya indiyə qədər 3 qurultay keçirmişdir. Qurultaylar keçirilmə müddəti 5 ildən bir olmaqla reallaşdırılır. Qurultayda kvotalar 1/100-ə nisbətində müəyyən olunur. Sonuncu qurultayda 271 nəfər iştirak etmişdir. Partiyada seçkili orqanlar sədr, Nəzarət Təftiş Komissiyası, İdarə Heyəti, şəhər və rayon təşkilatlarının sədrləridir. Partiya üzvü olan gənclər ümumi üzvlərin 16%- ni, qadınlar isə 30%-ni təşkil edir. Partiyanın ictimaiyyətlə əlaqə vasitəsi, əsasən, müstəqil media hesab olunur. 2008-ci il prezident seçkilərində partiya namizəd İlham Əliyevi dəstəkləyib. 2005-ci il parlament seçkilərində 57 namizəd irəli sürülsə də, bunlardan heç biri seçilməyib. 2009-cu il bələdiyyə seçkilərində 300 nəfər namizədliyini versə də, bələdiyyə üzvlüyünə 3 nəfər seçilb.

Partiyanın iqtidar-müxalifət dialoquna münasibəti olduqca müsbətdir. Bunu cəmiyyətin inkişafında zəruri hesab edir. Faktiki resurslarını zəif qiymətləndirir. Partiya siyasi sistemin optimallaşdırılmasında yenidən qeydiyyatı, dövlət dəstəyini və yeni qanunvericiliyin qəbul edilməsini dəstəkləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir