Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Öz murdar siyasi hədəflərinə çatmaq üçün etnik ayrı-seçkilik amilini qabartmağa çalışırlar

“Özlərini vətənpərvər kimi qələmə verən, mövcud hakimiyyətə qarşı səsləndirdikləri hər təhqirə görə müxtəlif xarici fondlardan rəsmi və qeyri-rəsmi yollarla maliyyə dəstəyi alan müxalif partiya və yutuberlər əllərinə düşən hər fürsətdən təbliğat üçün yararlanmağa çalışırlar. İndi də Elvin İsayev məsələsi əllərinə girəvə düşüb”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki,   Rusiyada həbs olunan həmin bloggerin timsalında “ikinci Mehman Hüseynov” obrazı düzəltməyə, süni qəhrəman və əzabkeş mübariz imici formalaşdırmağa çalışırlar: “Bu zaman hətta etnik “kart”dan da istifadə etməkdən çəkinmirlər. Onlar öz murdar siyasi hədəflərinə çatmaq üçün etnik ayrı-seçkilik amilini qabartmağın, hakimiyyəti ölkədəki etnik qrupların, azsaylı xalqların nümayəndələrinə qarşı diskriminasiya siyasəti yürütməkdə ittiham etməyin səmərəli olacağını düşünürlər. Lakin təəssüflər olsun ki, dar siyasi maraqlar çərçivəsindən çıxa bilməyən bu qüvvələr ölkəni etnik qarşıdurmaya sürükləməyin necə təhlükəli fəsadlar törədə biləcəyini dərk etmirlər. Elvin İsayev kimi naşı bloggerləri öz siyasi çıxarları üçün əllərində alət edənləri Azərbaycanın üzləşə biləcəyi təhlükələr qətiyyən narahat etmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir