Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

DADP sədri Prezident İlham Əliyevi təbrik etdi

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. 


Məktubda deyilir: 


“Hörmətli cənab Prezident!


Bu gün Sizin doğum gününüzdür.


Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) üzvləri həmişə olduğu kimi bu gün də Sizi dəstəkləyir və Sizin strateji düşünmək, qəbul olunmuş qərarları ardıcıl surətdə həyata keçirmək, xalqı inamla irəli aparmaq, ölkədə sabitliyi qorumaq və dünya siyasi arenasında Azərbaycan dövlətinin mövqelərini ilbəil möhkəmlətmək səylərinizi yüksək qiymətləndirir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, Dağlıq Qarabağın işğaldan azad olunmasını ən ümdə vəzifəniz kimi daim diqqətdə saxlamağınız, prioritet məqsəd hesab etməyiniz də əsl vətənpərvərlik nümunəsidir. Sizin Qarabağ məsələsində nə Azərbaycana bu və ya digər formada təzyiq göstərməyə çalışan dünya güclərinə, beynəlxalq təşkilatlara, nədəki işğalçı ölkəyə prinsipial olaraq güzəştə getməməyinizi mən bir partiya sədri kimi də, Qarabağ qazisi kimi də xüsusilə təqdir edirəm.


Cənab Prezident,


Hər bir insan öz şəxsi keyfiyyətlərinin sayəsində lider olur. Siz də məhz öz şəxsi keyfiyyətlərinizə görə güclü Lidersiniz və dünyadakı hər azərbaycanlının Prezidentisiniz. Biz Sizə güvənirik və Sizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı arzu edirik.


Doğum gününüz mübarək olsun!


Hörmətlə:Əlisahib Hüseynov -Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir