Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

MİLLƏTƏ VƏKİLLİK QARABAĞDAN BAŞLAYIR…

(Çox gözəl şüardı… bir vicdanlı döyüşçü şüarı)

Bir neçə il əvvəl Mətbuat Mərkəzində bir tədbirə dəvət aldım. Tədbir Xocalı soyqrımına aid idi. Tədbirin təşkilatçısı isə Əlisahib Hüseynov idi. Çox maraqlı tədbir idi. Faktları Xocalıdan qaçarkən ermənilərə əsir düşən ailələr ürək ağrısı ilə danışdılar. Təbii ki, bu acılar hər birimiz üçün üzücüdür. Lakin Qarabağın hələ də işğalda olması daha çox üzücüdür.
Döyüş yolu keçmiş, müharibənin nə demək olduğuna şahid olmuş, yalın əllə düşmənə tərəf getməyin necə ağlr olduğunu o həyatı yaşayanlar bilir. Əlisahib Hüseynov kimi qeyrətli oğullar. Onların ürəyində bir fəryad kök salıb, Qarabağ fəryadı. Yaddaşlarında qanlı-qadalı dəhşətli günlər, hər gün kino lenti kimi gəlib gözlərinin önündə canlanır. Şəhid olan döyüş yoldaşlarının son sözləri qulaqlarında əks-səda verir. Bir döyüşçü üçün bundan ağır həyat ola bilməz.
Qarabağ, erməni tapdağında qalıb inləyən Qarabağ… Zaman ötüb keçir, yadlaşırsan. Neçə nəsil gəlib keçdi, hələ də erməni şərəfsizlərinə əsirsən.
Əlisahiblərin, Ehtiramların, Asimlərin və eləcə də minlərlə döyüşçünün ürəyində qara yaraya dönmüsən. O yara sağalmır, əksinə yeri irin bağlayıb. Sağalmasının bir yolu var, o da Qarabağa qayıdış günü.
Artıq Azərbaycanda yeniliklər öz əksini tapır. Elə Milli Məclisin buraxılması. Lazımsız yerə orada yer tutanların sonu gəlib çatdı. İndi məclisə Əlisahib Hüseynov kimi qeyrətli oğullar gərəkdir.
Elə ona görə də dəstək olaq. Seçəcəyimiz namizədi tanıyaq və səs verək. Zəngilan-Qubadlı 125 saylı seçki dairəsindən namizədimiz Əlisahib Hüseynova səs verək. O, sizi peşman etməz. Arzularınızın həyata keçməsi üçün əlindən gələni edər. Onun andı döyüşçü andıdı. Etibar edək, etimad göstərək səs verək.

Gülsüm ADİLQIZI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir