Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Dəyərli seçicilər, əziz DADP-çilər və qiymətli dostlarım!

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən 9 fevral növbədənkənar parlament seçkilərinə namizədliyimiz qeydə alındı. Rəsmən deputatlığa namizəd olduq. Beləliklə, daha bir mərhələni uğurla keçdik.

Bu mərhələlərin keçilməsində mənə mənəvi və təşkilati dəstək verən komanda üzvlərimə və namizədliyimin təsdiqlənməsi üçün imza verən seçicilərimizə – Zəngilan və Qubadlıdan olan məcburi köçkün soydaşlarımıza ürəkdən təşəkkür edirəm!

Həmçinin bütün bu proseslərdə bizə hörmətlə yanaşan, diqqət göstərən DSK sədri və üzvlərinə də ayrıca minnətdarlığımı bildirirəm!

Qarşıda bizi növbəti – həlledici mərhələni də uğurla başa vurmaq vəzifəsi gözləyir. İnşAllah təbliğat-təşviqat kampaniyamızı mükəmməl şəkildə təşkil edəcəyimizə əminəm.

Qazanacağımız uğur dövlətə, millətə xeyirli olsun!

Əlisahib Hüseynov

Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) sədri!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir