Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Əlisahib Hüseynovun seçicilərlə görüşləri davam edir-FOTO

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov məcburi köçkün seçiciləri ilə təmaslarını davam etdirir, onlarla küçə-küçə, ev-ev görüşlər keçirir, şəhid ailələrini ziyarət edir. Əlisahib Hüseynov deputatlığa namizəd kimi məcburi köçkünlərin həyat şəraiti ilə yaxından maraqlanır, gənclərlə iş və təhsil planları barədə söhbətlər aparır, öz seçki platformasını hər bir seçicinin diqqətinə çatdırmağa çalışır. DADP sədrinin Seçki qərargahının üzvləri seçicilərin qarşılaşdıqları problemlər barədə qeydlər aparırlar.

DADP Mətbuat xidməti xəbər verir ki, 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olan Əlisahib Hüseynovun seçicilərlə görüşləri hər yerdə böyük coşqu ilə qarşılanır. Ə.Hüseynov göstərilən diqqət və dəstəyə görə hər bir seçicisinə öz minnətdarlığını bildirir. Deputatlığa namizədin yaxın günlərdə DSK-nın ayırdığı məkanlarda seçicilərlə kütləvi görüşləri keçiriləcək.

DADP Mətbuat xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir