Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Görüşlər davam edir – FOTO

Bu gün 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Binəqədi rayon 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən Zəngilan şəhərciyinin sakinləri ilə görüş keçirib.

Seçicilərin hərarətlə qarşıladığı Əlisahib Hüseynov məcburi köçkün soydaşlarımıza öz təşəkkürünü bildirib və onlara öz seçki Platforması barədə ətraflı məlumat verib.

Dövlətimizin hər zaman məcburi köçkünlərə və şəhid ailələrinə dəstək və qayğısından danışan Ə.Hüseynov bildirib ki, şəhid ailələrinin və məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın verdiyi göstərişləri dövlətimizin şəhid ailələrinə və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Sadəcə olaraq deputatlar və məmurlar dövlətlə məcburi köçkün vətəndaşlar arasında körpü rolunu oynamalıdır.

Daha sonra seçicilərin müraciətlərini dinləyən Ə.Hüseynov seçkilərdə qələbə qazanacağı təqdirdə, onların qeyd etdikləri problemlərin həlli üçün deputat səlahiyyətləri çərçivəsində gərəkən addımlar atacağını bildirib.

Çıxış edən seçicilər 9 fevralda Əlisahib Hüseynova səs verəcəklərini bildirib.

DADP Mətbuat xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir