Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Məcburi köçkünlər Əlisahib Hüseynovu coşğu ilə qarşıladılar-FOTO

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Hüseynov Əlisahib Vəli oğlu təbliğat-təşviqat kampaniyasını davam etdirir. Belə ki, o, növbəti görüşünü Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov-2 ünvanında yerləşən “Yarımçıq bina” deyilən yataqxana tipli məkanda məskunlaşmış məcburi köçkünlərlə keçirib.

Əlisahib Hüseynov ona göstərilən xoş münasibətə görə, seçicilərinə minnətdarlığını bildirərək bu yola Azərbaycanın daha güclü bir ölkəyə çevrilməsi naminə, Qarabağ naminə, məcburi köçkünlər və şəhid ailələri naminə çıxdığını bildirib. O, 9 fevralda bütün seçicilərini seçki məntəqələrinə gələrək layiq bildiyi namizədə səs verməyə çağırıb. Əlisahib Hüseynov həmçinin onu da bildirib ki, seçiciləri tərəfindən əgər ona etimad göstərilərsə nəinki Zəngilan və Qubadlı camaatının, bütün məcburi köçkünlərin, bütün şəhid ailələrinin, qazilərin, əlillərin haqq səsi olacaq.

Namizəd qeyd edib ki, “çalışacağam ki, mənə etimad göstərən hər bir seçicimin yanında olum, onun problemlərini öz problemim kimi qəbul edərək Milli Məclisdə onun müdafiəçisinə çevrilim”.

DADP sədri öz seçki platforması, qarşıya qoyduğu məqsəd və vəzifələr haqqında seçicilərə ətraflı məlumat verib. O qeyd edib ki, dövlət başçısının hər sahədə olduğu kimi apardığı ciddi islahatlardan biri də növbədənkənar parlament seçkiləridir və o, bu seçkilərdə çox böyük məsuliyyət hissi ilə iştirak etməyə qərar verib.

Görüşdə iştirak edən seçicilər seçkilərdə fəal iştirak edəcəklərini və birmənalı olaraq Ə.Hüseynova səs verəcəklərini bildiriblər.

DADP Mətbuat xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir