Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Təbliğat-təşviqat işlərimiz şənbə və bazar günü də davam edir

Təbliğat-təşviqat işlərimiz şənbə və bazar günü də davam edir. Seçki qərargahımız 7/24 prinsipi ilə işləyir.

Mən bu arada fürsətdən istifadə edib bizə hər hansı bir təmənna güdmədən dəstək verən ictimai fəallara, könüllülərə də öz xüsusi təşəkkürlərimi bildirmək istəyirəm.

Həmin fəallardan biri də Nailə Muradovadır. Nailə xanım uzun müddət pedaqoji sahədə çalışıb, müstəqil ölkəmizin yeni təhsil sisteminin qurulması işində böyük əmək sərf edib. Bakı Dövlət Universitetini bitirən və ixtisasca filoloq olan N.Muradova həm də şairədir. Çox gözəl şeir duyumu var, həssas qələmi var. Mən onun zaman-zaman sosial şəbəkə üzərindən paylaşdığı bir sıra şeirlərini oxuyub, dərin zövq almışam.

Nailə xanım bizim seçki prosesimizin 1 nömrəli könüllü dəstəkçilərindən biridir. Seçki kampaniyasının başladığı ilk gündən Nailə xanım hər kəsi mənim deputatlığa namizədliyimi dəstəkləməyə çağırır. Sağolsun. Bu cür fədakar insanlarımıza eşq olsun!

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir