Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Hər bir seçicimizə minnətdaram

Dünən seçicilərimizlə növbəti görüşlərimizi iki ünvanda apardıq. Belə ki, Sumqayıt şəhərində, Birləşmiş məhəllədəki internat məktəbində məskunlaşan Qubadlı köçkünləri ilə və Bakıda Bakıxanov qəsəbəsi, Eldar Xəlilov-32 ünvanında yaşayan məcburi köçkünlərimizlə toplu şəkildə və tək-tək görüşdük. Təşviqatımızı apardıq, insanları danışdırdıq, onları narahat edən məsələləri dinlədik.

Söhbət zamanı bir daha hiss etdim ki, insanlarımız həqiqətən də parlamentdə yenilik görmək istəyirlər və bu üzdən hər bir yeni sima onlara maraqlı gəlir. Bir Qarabağ qazisi və partiya sədri olaraq ağsaqqalların, ağbirçəklərin mənə ümid yeri kimi, öz adamları kimi baxmaları insanlarımızın parlamentimizin yeni deputatlarından gözləntilərinin böyük olduğunu bir daha təsdiqləyir.

Görüş zamanı seçki Platformamda yer alan məsələləri və hədəflərimi vətəndaşlarımızın diqqətinə çatdırdım və onların suallarını cavablandırdım.

Hər bir seçicimizə minnətdaram!

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir