Demokratik Azərbaycan Dünyası Partiyası (DADP)

Deputat öz seçicilərinin danışan dili və güvənc yeri olmalıdır

Deputat öz seçicilərinin danışan dili və güvənc yeri olmalıdır…

Dünən Nizami rayonu, Şirin Mirzəyev küçəsi-68b, Elşən Süleymanov-146 ünvanlarında, habelə “Stansiya Sumqayıt”da yerləşən Yeni massiv məcburi köçkün şəhərciyində məskunlaşmış seçicilərimizlə görüşdük, vəziyyətləri ilə yaxından tanış olduq. Normal yaşam şərtlərində yaşayan məcburi köçkünlərimizlə bərabər, hələ də ağır şəraitdə yaşayan, antisanitariyadan, darısqallıqdan əziyyət çəkən, digər cari problemlərlə üzləşən köçkünlərimiz də az deyil. Elə paylaşdığımız bu fotolarda da fərqi yəqin ki, özünüz də görəcəksiniz. Təəssüf ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçicilərini parlamentdə təmsil edən əvvəlki deputatımız İmamverdi İsmayılov bu köçkünlərin durumu ilə indiyə qədər bir dəfə də olsun maraqlanmayıb. Amma hal bu ki, hər bir deputat öz seçicilərinin danışan dili və güvənc yeri olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir